Zabitlərin statusları: Silahlı Qüvvələrdə, polisdə demokratiya anlayışı
Azərbaycan Respublikasının Kоnstitusiyasının 9-cu maddəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. SSRİ dağılanda "müttəfiq" respublikalar öz müstəqil dövlətlərinin atributlarının yaradılmasına, yaxud bərpasına başladılar. 70 ildən çох bir zaman uzaqlığında оrdu quruculuğu təcrübəsindən süni "könüllülük" pərdəsi altında kənarlaşdırılmış Azərbaycan üçün bu prоses çох ağrılı оldu.
Ermənistanın işğalçı təcavüzlərinə qarşı müqavimət və müdafiə qüvvələrinin yaradılması kimi qaçılmaz bir tariхi tələbin ölkə siyasətinin əsas prоbleminə çevrilməsi keşməkeşli dövrə təsadüf etdi. Оna görə də оrdu quruculuğu ilə bağlı qanunların və qərarların qəbul edilməsinin
tezləşdirilməsi zamanın diktəsindən irəli gəlirdi.
Beləliklə: vaхt çevikliyi ilə 1991-ci il оktyabrın 9-da "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında"; həmin il dekabrın 25-ində "Hərbi qulluqcuların statusu haqqında"; 1992-ci il aprelin 29-unda "Hərbi qulluqçuların pensiyası haqqında"; 1992-ci il nоyabrın 3-də "Hərbi хidmət
haqqında" və s. qanunlar qəbul edildi.
Bunlar оrdu quruculuğunun hüquqi əsaslarını təşkil etməklə bərabər həm də hərbi qulluqçular üçün hüquqi təminatlar sisteminin yaradılmasının başlanğıcı idi. Lakin Silahlı Qüvvələrin yaradılmasının təхirəsalınmazlığı - bu əsasda qəbul оlunan qanunların hüquqi dövlətin və beynəlхalq nоrmaların prinsiplərinə uyğunsuzluğuna əsas verə bilməz. Buna görə də qəbul ediləcək qanunların ümumi ruhu və normativ tələbləri ordu quruculuğu üzrə dünya təcrübəsindən bəhrələnməli idi. Çünki hərbi qulluqçuların hüquqi statusunu müəyyənləşdirmə və bu
hüquqların realizə olunması üçün mühüm siyasi, sosial və iqtisadi dəyişikliklərə bərabər mövcud qanunvericiliyin köklü surətdə yeniləşməsi vacibdir.
Hərbi qulluqçuların statusu – cəmiyyətin sosial strukturu, demokratiyanın səviyyəsi, qanunçuluğun vəziyyəti ilə qırılmaz şəkildə bağlı olan mühüm bir siyasi-hüquqi kateqoriyadır. Məhz bu və digər səbəblərdən hərbi qulluqçuların hüquqi vəziyyətlərinin müəyyənləşdirilməsi
problemi bir neçə tarixi-hüquqi inkişaf maneələrini keçmişsə də hələ dəqiqliklə tədqiq edilməmişdir.
Bir qayda olaraq dövlətçiliyin ümumi prinsipi sayilan demokratik hüquq institutları və qanunçuluq bir növ оrdu həyatına uyğun gəlməyə bilər ki, bu da ordunun təbiəti və xüsusiyyətləri ilə bağlıdır. Belə ki, ordu təşkilinin əsasında ciddi intizam və əmrlərə sözsüz itaətetmə durur. Ordu fəaliyyətinin əsasında isə hərbi zərurət dayandığı üçün bu da qanunçuluğun ümumi qəbul edilmiş başlanğıcları və prinsipləri ilə bir araya sığmır. Bu isə bir sıra ziddiyyətli hüquqi vəziyyətlərin çulğalaşmasında özünü göstərmiş оlur. Məsələn, bəzi məlum hallarda ümumi hüquq normaları hərbi qulluqçulara münasibətdə tətbiq olunmur və yaxud onlar üçün (onların xidməti vəziyyətlərinin xüsusiyyətlərindən asılı olaraq) xüsusi normalar yaradılır. Həm bu, həm də digər halda onların hüquqları məhdudiyyətlərə məruz qala bilər və yaxud, əksinə, digər vətəndaşlarla münasibətdə hərbi qulluqçular daha imtiyazlı (üstün) vəziyyətdə ola bilərlər.
Qeyd edilən bu xüsusiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və hərbi qanunlarda da təsbit olunub. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən həqiqi hərbi xidmət Silahlı Qüvvələrdə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Silahlı Qüvvələrin "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunula müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə uyğun olaraq hərbi qulluqçular bu qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə vətəndaşların hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statuslarından irəli gələn vəzifələri daşıyırlar.
Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqularını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun surətdə yol verilir. Hərbi xidmətin şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunula, Silahlı Qüvvələrin nizamnamələri və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilir.
1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hərbi qulluqçuların hüquqlarının məhdudlaşdırılması ilə bağlı birbaşa göstərişlər və belə məhdudiyyətlərə yol verilə biləcək hallar vardır. Məsələn: Konstitusiyanın 36-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular tətil edə bilməzlər.
Konstitusiyanın 35-ci maddəsinin III hissəsinə görə heç kəs zorla işlədilə bilməz. Lakin həmin maddənin V hissəsinə əsasən hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək hallarına yol verilir. (Tabelikdə оlanların tabesində оlduqları
kоmandirlərin (rəislərin) şəхsi işləri üçün cəlb edilməsi yоlverilməzdir). Habelə Konstitusiyanın 56- cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq hərbi qulluqçuların seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Eyni zamanda, Konstitusiya ilə vətəndaşlara verilən hüquq və azadlıqlar qanunla hərbi nizamnamələrdə məhdudlaşdırıla və fərdi xüsusiyyətlər nəzərdə tutula bilər. Məsələn: Konstitusiyanın 57-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər hüququ vardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam nizamnaməsinin
112-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu yalnız öz adından şikayət verə bilər. Başqasının əvəzinə və yaxud qurup halında şikayət vermə qadağandır. Və yaxud, Konstitusiyanın 47-ci maddəsi hər kəsin fikir və söz azadlığını, 58-ci maddəsi isə istənilən birlik, o cümlədən, siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit edir. Lakin Konstitusiyanın bu göstərişləri “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda tamamilə fərqli şəkildə müəyyən edilmişdir. Belə ki,
maddənin ikinci bəndinə əsasən hərbi qulluqçular özlərinin xidmət fəaliyyətində siyasi məqsədlər güdən siyasi partiyalar və kütləvi ictimai hərəkatların üzvü ola bilməzlər. Üçünçü bəndə uyğun olaraq isə dövlət sirrini və hərbi sirri açmamaq şərti ilə hərbi qulluqçuların söz və mətbuat azadlığına, əqidə azadlığına, öz əqidəsini sərbəst ifadə etməsinə təminat verilir.
Hərbi hüquqşünasların əksəriyyətinin fikrincə hərbi qulluqçuların siyasi hüquqlarının məhdudlaşdırılmasının vacibliyi "ordunun dövlətdə siyasi roldan kənarlaşdırılması; ictimai maraqların qоrunması; ordunun məxsusi maraqlarının, о cümlədən, orduda intizamın və hərbi qayda-qanunun mühafizəsi prinsiplərindən" irəli gəlir. İnkişaf etmiş bir çox xarici dövlətlərin ordularında hərbi qulluqçuların hüquqi statuslarının qanunvericilik əsasları hərbi xidmətin ənənələri əsasında – milli qanunvericiliklə beynəlxalq-hüquqiaktların qəbul olunmuş komplektliliyi sisteminə uyğun yaradılmışdır. Bununla əlaqədar problemin tarixi-hüquqi analizi maraqlıdır.
XVII-XIX əsrlərdə Rusiya və xarici yurisdiksiyada hərbi qanunvericilik normaları, adətən ümumi qanunvericilik normalarından fərqli olmuşdur. 1787-ci il ABŞ Konstitusiya normalarında, 1789-cu il Fransa İnsan və Vətəndaş Hüquqları Deklarasiyasında hərbçilərin hüquqi vəziyyəti nəzərdə tutulmayıb. Dövlətçiliyin əsas prinsiplərindən olan demokratik hüquq institutları vəqanunçuluq ordu üçün yad hesab edilmiş, ordu dövlətçilikdən fərqli qəbul olumuşdu. Ordunun əsasında və təşkilində əmrə tabe olma, sözsüz intizam əməllərinin əsasında isə hərbi zərurət ümumi qanunçuluqla ziddiyyət kimi qəbul edilirdi.
Çar Rusiyasının hərbi qanunlarına görə hərbçilərə bu və ya digər ittifaqlara, qruplara və siyasi partiyalara daxil olmaq, orada iştirak etmək, onların iclaslarında olmaq qadağan edilirdi. Ədəbi yazma və çap olunmaya yalnız öncədən komandanlıqdan alınmış razılıq əsasında icazə verilirdi. Rus imperiyasının seçki qanunlarına görə hərbçilər aktiv, passiv seçki hüquqlarından məhrum olunmuşdular.
Fransanın 2 dekabr 1852-ci il, 30 noyabr 1875-ci il və 1889-cu il qanunlarına görə marşallar, generallar və Baş Qərargahın baş zabitləri istisna olmaqla digər hərbi qulluqçular seçki hüquqlarından məhrum edilmişlər. Bu hal kayzer Almaniyasında da mövcud olmuşdur.
Sözsüz ki, hazırda bu məqamların çoxunun ləğv edilməsinə baxmayaraq ABŞ, Fransa, Almaniya və digər dövlətlərin qanunlarında hərbçilərin xüsusi statusu qorunub saxlanır. Belə ki, onların siyasi partiyalara daxil olmaları, hərbi qarnizonda hökumətin rəsmi razılığı alınmamış yürüşlərdə və nümayişlərdə hərbi qiyafədə və xidmət vaxtı iştirak etmələri qadağan оlunub.
Bu fikirləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, demokratiyanın yüksək inkişaf etdiyi dövlətlərdə belə hərbi xidmətin xüsusiyyətləri nəzərə alınmaqla siyasi fəaliyyət sahəsində, sahibkarlıq sahəsində, məlumat sahəsində və s. sahələrdə məhdudiyyətlər və qadağalar mövcuddur. Fransada hərbi qulluqçuların hüquqi vəziyyəti 13 iyul 1972-ci il tarixli "hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunula müəyyənləşdirilir. Həmin qanuna uyğun olaraq hərbi qulluqçu Konstitusiyanın bütün vətəndaşlara verdiyi hüquq və azadlıqlardan istifadə edir.
Lakin bu zaman hərbi qulluqçunun ümumi statusuna və ona verilən xüsusi tələblərə əməl olunmalıdır. Bunun nəticəsində həmin qanunla müəyyən olunmuş bir sıra vətəndaş hüquq nоrmativləri hərbi qulluqçular üçün məhdudiyyət və xüsusiyyətlərlə fəaliyyət göstərir. ABŞ hərbi qulluqçuları üçün qanunvericilikdə aşağıdakı sahələr üzrə vətəndaş hüquq və azadlıqlarının xüsusiyyətləri və məhdudiyyətləri, reqlamentləşdirilib:
siyasi fəaliyyət,
hərbi ittifaqlarda və açıq nümayişlərdə iştirak etmə,
seçki hüququ,
xüsusi sahibkarlıq fəaliyyəti,
vicdan azadlığı,
ədəbi fəaliyyət,
şikayət etmə və s.
AFR-da hərbi qulluqçuların vəziyyəti bundesver haqqında qanunla və bir sıra qanunveriçilik aktları ilə müəyyən olunur. Bu qanunveriçilik aktlarına uyğun оlaraq hərbi qulluqçular üçün xidmət vaxtı siyasi fəaliyyətlə məşğul olma, siyasi axının marağı və ya onun əksinə hərəkət etmə kimi qadağalar qoyulmuş, siyasi tədbirlərdə hərbi geyimdə iştirak etmə, (yalnız komandanlığın icazəsi ilə) yanakı (hərbi xidmətdən əlavə) fəaliyyət məhdudlaşdırılmışdır.
Bizim qanunvericiliklə də bəzi məhdudiyyətlər müəyyən olunub.
"Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunuun 23-cü maddəsində hərbi xidmətin xarakterindən və şəraitindən, xidməti vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq qeyd edilir:
a) hərbi qulluqçuların tətil hüququ yoxdur;
b) hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər;
c) hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması qadağandır;
d) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər;
e) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas məktəblərində təhsil almasına icazə verilmir;
f) hərbi qulluqçuların daimi yaşamaq üçün xaricə getməsi qadağandır;
g)hərbi hissələrin yerləşməsi şərtlərinə uyğun olaraq hərbi qulluqçuların yaşayış yeri seçməsi və hərəkət sərbəstliyi məhdudlaşdırılır.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının məzuniyyətindən onların hauptvaxtda olduğu günlərin sayı gədər çıхıla bilər. Lakin beynəlxalq təcrübədə hərbi qulluqçuların məhdudlaşdırılmış hüquqlarının əvəzinə, onların xidməti vəziyyətləri nəzərə alınaraq, hərbi qulluqçulara əlavə güzəşt və imtiyazların verilməsi ilə müəyyən edilmiş qadağalar bir növ "kompensasiya" olunur. Bu da ondan irəli gəlir ki, hərbi xidmətin xüsusiyyətlərindən asılı olaraq vətəndaş hüquqlarının reallaşması çətinliklər törədir və ya mümkün olmur.
Bir halda ki, bu hüquqları tətbiq etmək mümkün deyil, deməli, dövlət hərbi qulluqçular üçün xüsusi qanun qəbul etməlidir ki, burada məhdudiyyətlərdən başqa həm də imtiyazlar olsun. Müasir dövlətlərin əksəriyyəti də bu yolla hərbi qulluqçuların statusu haqqında xüsusi qanun qəbul ediblər. 26 noyabr 1993-cü il tarixli "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Silahlı Qüvvələr hərbi dövlət qurumu olub ölkənin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunub. Göründüyü kimi ordunun qarşısına qoyulmuş vəzifələr öz xarakterinə, icra olunma mexanizminə görə spesifik xüsusiyyətlərə malikdir.
Buna görə də dövlət hərbi qulluqçulara lazımi şərait yaratmalı, onlara yüksək təminatlar və səlahiyyətlər verməlidir. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunuunun 4-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq hərbi qulluqçular hakimiyyət səlahiyyəti alaraq hərbi xidmət vəzifələrini icra edərkən hakimiyyət nümayəndələri sayılırlar.
Bu şəraitdə onlara tabe olmama və qəsd etmə Azərbaycan Respublikasının qanunveriçiliyinə uyğun surətdə məsuliyyətə səbəb olur.
Qanunun bu müddəasından aydın olur ki, hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin, məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. Yəni, hərbi xidmətdən kənar və hərbi хidməti vəzifəsini icra etməyən hərbi qulluqçuya münasibətdə
bəzən ümumvətəndaş hüquq və vəzifələrini şamil etmək olarsa, hərbi qulluqçu xidmət vəzifələrinin icrasına başladıqda həmin hüquq və vəzifələrin tətbiq sərhəddi tükənir, qurtarır. Şəraitin dəyişilməsi, eyni zamanda xüsusi vəzifələrin icrasına başlanılması vətəndaşın adi hüquq və
vəzifələrindən kənara çıxan münasibətlərin nizamlanması yalnız xüsusi qanunlar sisteminin yaradılması ilə mümkündür. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunuun 24-cü maddəsində hərbi qulluqçuların ümumi vəzifələri müəyyənləşdirilir. Göstərilir ki, hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmiş vəzifələrdən əlavə hərbi xidmətinxüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər.
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunua uyğun olaraq hərbi qulluqçular aşağıdakıları etməyə borcludurlar:
a) Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü qorumaq;
b) Azərbaycan Respublikasına sadiq olmaq barəsində hərbi and içmək;
c) Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının başqa
qanunlarına ciddi əməl etmək, komandirlərin və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirmək;
d) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan başqa
vəzifələri yerinə yetirmək.
Hərbi qulluqçuların vəzifələri və bu vəzifələrin yerinə yetirilməsi qaydası Silahlı Qüvvələrin Nizamnamələri, habelə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Оrqanlarının qərarları əsasında qəbul olunmuş normativ aktlarla müəyyən olunur. Qanunun 25-ci maddəsində isə hərbi qulluqçuların xüsusi vəzifələri nəzərdə tutulur. Qanuna görə, hərbi qulluqçular döyüş növbəsində, döyüş xidmətində, gündəlik və qarnizon növbələrində olanda, təbii fəlakət nəticələrinin aradan qaldırılmasına cəlb ediləndə, habelə Azərbaycan Respublikasının qanunveriçiliyində nəzərdə tutulmuş başqa hallarda xüsusi vəzifələri yerinə yetirirlər. Bu vəzifələrin məzmunu və icrası qaydası Azərbaycan Respublikasının Qanunveriçiliyi, Silahlı Qüvvələrin nizamnamələri ilə və başqa aktlarla müəyyən edilir.
Qeyd olunanlardan bir daha aydın olur ki, hərbi qulluqçulara bir tərəfdən ümumi qanunvericiliyin normaları şamil edilir, buna görə onlar ümumvətəndaş hüquqlarına malik olurlar, ümumvətəndaş vəzifələri daşıyırlar, digər tərəfdən isə onlara münasibətdə xüsusi hərbi-xidmət hüquq və vəzifələr nəzərdə tutan xüsusi hərbi qanunveriçilik normaları tətbiq edilir. Bu da cəmiyyət həyatı ilə ordu həyatı arasında müvafiq fərqlərin olduğuna sübutdur. Yəni hüquqi və demokratik cəmiyyət quruculuğu istiqamətində dövlətin qəbul etdiyi qanunların bütün normaları
Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçulara tam şəkildə tətbiq oluna bilmir, hərbi xidmətin xüsusiyyətləri ilə müəyyən çərçivədə məhdudlaşır. Bu isə ondan irəli gəlir ki, Silahlı Qüvvələr qanunçuluqla bərabər nizami ordu, mərkəzləşdirilmiş və vahid rəhbərlik, yüksək hərbi intizam, daimi döyüş və səfərbərlik hazırlığı kimi digər prinsiplər əsasında qurulur və fəaliyyət göstərir.
("Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi).
Hərbi rejim anlayışı
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, ölkənin müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyi üçün Respublikanın bütün ərazisində və yaxud ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edilə bilər. Hərbi vəziyyət dövlət hakimiyyəti və idarəetmə orqanlarının,
vətəndaşların, ictimai birliklərin, müəssisə, idarə və təşkilatların fəaliyyətinin elə bir xüsusi hüquqi rejimidir ki, bu, vətəndaşların hüquq və azadlıqlarının, hüquqi şəxslərin hüquqlarının və "Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunua uyğun olaraq müəyyən edilən məhdudiyyətlərə, habelə onlara əlavə vəzifələr tapşırılmasına yol verir. Hərbi vəziyyətin tətbiq edilməsi məqsədi şəraiti tezliklə normallaşdırmaq, vətəndaşların hüquq və azadlıqlarının, qanunçuluğu və hüquq qaydalarını bərpa etmək, yaranmış təhlükəni aradan
qaldırmaqdır. Ölkənin bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin tətbiq edilməsi üçün aşağıdakılar əsas ola bilər:
1. Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasında müharibə vəziyyətinin elan olunması;
2. Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsinin olması;
3. Ölkə ərazisinin, yaxud onun ayrı-ayrı yerlərinin xarici dövlət və dövlətlər tərəfindən qurudan, sudan, havadan blokadası və belə blokadanın real təhlükəsinin olması;
4. Xarici dövlətin və ya dövlətlərin Azərbaycan Respublikasına müharibə elan etməsi;
5. Ölkə ərazisinin müəyyən hissəsinin faktiki işğalı.
Qeyd etmək gərəkdir ki, hərbi vəziyyət yalnız Azərbaycan Respublikası prezidentinin fərmanı ilə tətbiq edilir. Burada da özünün xüsusiyyətləri var. Azərbaycan Respublikasının Milli Məclisi işlədiyi dövrdə Azərbaycan Respublikası prezidentinin hərbi vəziyyətin tətbiq edilməsi barədə Fərmanı dərhal Milli Məclisə təqdim edir və Milli Məclis 24 saat ərzində bu məsələyə dair qərar qəbul edir. Milli Məclisin iclasları arasındakı dövrdə hərbi vəziyyət tətbiq edilərsə, Milli Məclisinin sədri dərhal Milli Məclisin iclasını çağırır. Bu məsələyə dair qərar Azərbaycan Respublikası prezidentinin müvafiq fərmanının Milli Məclisə təqdim edildiyi andan ən çoxu 72 saat keçənədək qəbul edilir. Bu haqda qərarın Milli Məclisdə qəbul edilməsində deputat tərkibinin azı üçdə ikisindən ibarət səs çoxluğu ilə qəbul edilir.
Hərbi vəziyyətin tətbiq edilməsi əsasları aradan qaldırıldıqda və yaxud müharıbə aparan dövlətlə (dövlətlərlə) sülh müqaviləsi bağlandıqda Milli Məclis öz təşəbbüsü və ya Azərbaycan Respublikası prezidentinin təklifi ilə hərbi vəziyyəti dərhal ləğv edir. Hərbi vəziyyətin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanının qüvvəyə minməsi azı 6 saat qalmış KİV-də, bu mümkün deyilsə başqa üsullarla yayılır. Əhalının həyatının və təhlükəsizliyinin qorunması üçün təxirəsalınmaz tədbirlər görülməsi tələb olunduğu hallarda hərbi vəziyyətin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanının yayılması vaxtı prezident tərəfindən dəyişdirilə bilər.
Qeyd etmək gərəkdir ki, Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət tətbiq edilən dövrdə Azərbaycan Respublikası prezidentinin, MM-in, başqa seçkili dövlət orqanlarının, habelə ayrı-ayrı yerlərdə hərbi vəziyyət tətbiq edilən dövrdə, həmin ərazinin seçkili dövlət orqanlarının səlahiyyət müddəti başa çatdıqda, onlar öz səlahiyyətlərini hərbi vəziyyət ləğv edildikdən sonra müvafiq qanunlarda nəzərdə tutulmuş qaydada seçkilər keçirilənədək davam etdirirlər.
Hərbi vəziyyət elan olunan gündən və ya qurtardıqdan sonra 3 ay ərzində referendum təyin edilə və seçkilər keçirilə bilməz. Hərbi vəziyyət elan olunduqda referenduma çıxarılan məsələnin müzakirəsi dayandırılır və təyin edilmiş referendum başqa vaxta keçirilir. Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası prezidentinin Fərmanında nələr göstərilməlidir?
"Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən:
1. hərbi vəziyyətin tətbiq edilməsini göstərən əsaslar;
2. hərbi vəziyyət tədbirlərinin siyahısı və hədləri;
3. hüquq və azadlıqların müvəqqəti məhdudiyyətlərinin tam siyahısı;
4. hərbi vəziyyət tədbirlərinin həyata keçirilməsi üçün cavabdeh olan dövlət orqanları və
onların səlahiyyətləri;
5. hərbi vəziyyət tətbiq olunan ərazinin sərhədləri;
6. fərmanın qüvvəyə minməsi vaxtı.
Hərbi vəziyyətin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq hüquqda qəbul edilmiş yaşamaq hüququnu, fikir, vicdan və din azadlığını, hüquq subyektliyini məhdudlaşdıra bilməz. Bu şəraitdə əmələ görə cəza müəyyən edən və ya cəzanı ağırlaşdıran qanunun geriyə qüvvəsinin
tədbiqinin yolverilməzliyini aradan qaldıra bilməz. Köləlik, qul alveri, yalnız hər hansı müqavilə öhdəliyinin yerinə yetirilməsinə görə azadlıqdan məhrum etmə, ayrı-ayrı şəхslərə və ya əhalı qruplarına qarşı irqinə, milliyyətinə, cinsinə, dilinə, siyasi əqidəsinə və ya sosial mənşəyinə görə
işgəncələrin tətbiq edilməsi, hər hansı ayrıseçkilik qadağan olunur.
Hərbi vəziyyət tətbiq edilmiş yerlərdə müdafiə, ictimai yaşayış və dövlət təhlükəsizliyi ilə əlaqədar yerli icra və nümayəndəli dövlət orqanlarının səlahiyyətlərini qüvvədə olan qanunvericilik əsasında hərbi komandanlıq həyata keçirilir. Belə hallarda daxili işlər və milli təhlükəsizlik
orqanlarının hərbi vəziyyət elan edilmiş ərazilərdə yerləşən qüvvələri həmin ərazinin hərbi komandanlığının tabeliyinə keçir.
Hərbi vəziyyət elan olunduqda səfərbərlik planlarına müvafiq olaraq Silahlı Qüvvələrin hazırlıq vəziyyətinə gətirilməsi və onun müəyyən hissələrinin hərbi vəziyyətə keçirilməsi üçün ümumi və ya qismən səfərbərlik elan olunur. Hərbi vəziyyət dövründə dövlət müstəqilliyini, ərazi bütövlüyünü və əhalinin təcavüzdən qorunmasını təmin etmək məqsədilə konkret şəraitin kəskinliyi nəzərə alınaraq Ölkə Prezidentinin fərmanında aşağıdakı tədbirlər nəzərdə tutula bilər:
1. Hərəkət sərbəstliyinin məhdudlaşdırılması:
a) günün müəyyən edilmiş vaxtlarında xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan küçələrdə və ya başqa ictimai yerlərdə olmağın qadağan edilməsi;
b) xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan hərbi vəziyyət elan edilən yerlərdə olmağın qadağan edilməsi;
c) hərbi vəziyyət tətbiq edilən əraziyə, habelə hərbi əməliyyatlar bölgəsinə gediş-gəlişin qaydaları;
d) əhalinin və hüquqi şəxslərin hərbi əməliyyat bölgəsindən evakuasiyası;
e) Azərbaycan Respublikasına gəlmə və respublikadan getmənin xüsusi qaydalarının müəyyən edilməsi
2. Kütləvi informasiya azadlığının məhdudlaşdırılması:
a) KİV-nin fəaliyyətinin dayandırılması haqqında müvafiq orqanlara təqdimat verilməsi;
b) senzuranın tətbiq edilməsi;
c) hərbi vəziyyət tətbiq edilmiş ərazidə, hərbi əməliyyatlar bölgəsində, cəbhə boyu zolaqda KİV məhsullarının yoxlanılması;
d) hərbi komandanlığın və müvafiq dövlət orqanlarının nümayəndələrinə hərbi vəziyyətin ehtiyacları üçün KİV-dən istifadə etməkdə üstünlük hüququnun verilməsi.
3. Əmək hüquqlarının məhdudlaşdırılması:
a) qüvvədə olan qanunvericiliyə uyğun olaraq əhalinin müdafiə işlərinə, yolların və vacib obyektlərin mühafizəsinin həyata keçirilməsinə, yanğın, epidemiya və başqa fəlakətlərlə mübarizə işində iştirak etməyə cəlb edilməsi;
b) müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədilə mülkiyyət formasınmdan asılı olaraq işçilərin iş vaxtından artıq işə cəlb olunması, növbəti məzuniyyətlərin pul ilə əvəz etməklə başqa vaxta keçirilməsi, əmək müqaviləsinin bağlanması və xitam verilməsi;
c) tətillərin qadağan edilməsi.
4. mülkiyyət toxunulmazlığı hüququnun məhdudlaşdırılması:
a) mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların hərbi vəziyyətin ehtiyacları üçün səfərbərliyə alınması, onların iş rejiminin dəyişdirilməsi, fəaliyyətin zəruri məhsulların istehsalına yönəldilməsi;
b) xüsusi və kollektiv mülkiyyətdə olan nəqliyyat və qoşqu vasitələrinin müəyyən edilmiş qaydada əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan nəqliyyat və qoşqu vasitələrinin əvəzsiz olaraq hərbi vəziyyətin ehtiyacları üçün alınması.
5. Mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai-iaşə, kommunal xidmətləri müəssisələrinin, kinoteatrların, teatrların, mədəniyyət evlərinin və başqa xidmət təşkilatlarının iş rejiminin dəyişdirilməsi
6. Ərzaq və sənaye məhsullarının norma ilə buraxılması, yaxud ticarətin xüsusi qaydalarının müəyyən edilməsi
7. Əhalinin mülki müdafiə hazırlığı ilə əlaqədar məcburi tədbirlərin keçirilməsi
8. Təhsil müəssisələrinin fəaliyyətinin yeni rejiminin müəyyən edilməsi yaxud dayandırılması
9. Dövlət orqanlarına, siyasi partiyalara, həmkarlar ittifaqlarına və ictimai birliklərə məxsus bina və otaqları, nəqliyyat vasitələrinin yoxlanılması, təhlükəsizlik baxımından zərərli hesab edilən əşyaların müvəqqəti alınması
10. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişləri, habelə başqa kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi
11. Hərbi vəziyyət şəraitində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının və ictimai biliklərinin fəaliyyətinin dayandırılması haqqında müvafiq orqanlara təqdimatlar verilməsi.
Qanunvericilik orqanı öz reqlamentinə uyğun iclaslarını davam etdirməlidir. Hərbi vəziyyət rejiminin pozulması Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş cinayət, maddi, inzibati və intizam məsuliyyətinə səbəb ola bilər.
Hərbi vəziyyət ləğv olunduqda hərbi vəziyyəti təmin edən aktlar hərbi vəziyyətin qurtarması ilə bir vaxtda əlavə məlumat verilmədən qüvvədən düşür. Hərbi vəziyyət ləğv edildikdə hərbi vəziyyət qaydasının pozulmasına dair işlərin icraatı xitam olunur və hərbi vəziyyət qaydasının pozulması üstündə inzibati qaydada həbs edilən şəxslər dərhal azad edilirlər.
Məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasına və müvafiq qanunlarına uyğun surətdə hərbi vəziyyət tətbiq edilən vaxt qüvvədə olan qanunlara müvafiq aparılır. Hər hansı fövqalədə məhkəmə formalarının və növlərinin təsis edilməsi, mühakimə icraatının sürətləndirilməsi və ya fövqalədə növlərindən, formalarından istifadə edilməsi qadağan edilir. Prokurorluq orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fəaliyyət göstərir.
Qeyd etmək gərəkdir ki, "Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunuunun tələblərinə əsasən Azərbaycan Respublikası prezidentinin hərbi vəziyyət dövründə vətəndaşların hüquq və azadlıqlarının, vətəndaş hüquqları və siyasi hüquqları haqqında Beynəlxalq aktda nəzərdə tutulan öhdəliklərdən kənara çıxan məhdudiyyətləri, bu məhdudiyyətlərin həcmini və belə qərarların səbəbləri haqqında BMT-nin Baş Katibinə 3 gün müddətində məlumat verilməsi üçün tədbir... (ardı var...)
"Bakufakt.az"