Azad Media Susdurula Bilməz!
Tükürpədici hadisə: Canına qəsd edən məktəblinin dəftəri tapıldı: Orada nə yazılıb?
KRİMİNAL

Tükürpədici hadisə: Canına qəsd edən məktəblinin dəftəri tapıldı: Orada nə yazılıb?

Bakıda məktəbli qız canına qəsd edib.

Hadisə dekabrın 1-i saat 01 radələrində Binəqədi rayonu,Rəsulzadə qəsəbəsində baş verib.

2012-ci il təvəllüdlü Kəmalə Məmmədzadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən asılı vəziyyətdə tapılıb.

Bakufakt.az  hadisənin detalları barədə məlumatlar əldə edib.

İlkin ehtimala görə, məktəbli qız "mavi balina" oyunu oynayırmış. Bununla bağlı onun gündəlik qeydlərinin olduğu dəftəri də tapılıb.

Dəftərdə xüsusi günlərin üzərində qeydlərin olduğu məlum olub. Həmin günlərin üzərinə qız konfet kağızları yapışdırıbmış. Bunun hansı məqsədlə edildiyi hələlik məlum deyil.

Hadisədən məlumatlı olan şəxsin verdiyi məlumata görə, məktəbli qız idmana da gedirmiş. Bu məqsədlə evdə turnik də quraşdırılıbmış.

Sonuncu dəfə "mavi balina" oyunu zaman ona özünü öldürməsə, valideynlərinin öləcəyi deyilib. Bu səbəbdən də 13 yaşlı qız turnikdən özünü asaraq canına qəsd edib.

Məlumata görə, ailə bu hadisədən sonra şok keçirib. Hazırda onun qeydləri və digər sübutlar araşdırılır.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

IRON MAX AZERBAIAN