Azad Media Susdurula Bilməz!
Müğənni Rəqsanənin keçmiş kürəkəninin Dubay macərası:Dostunu Bakıdan evinə çağırıb və hədələyərək...-VIDEO
hüquq qanun

Müğənni Rəqsanənin keçmiş kürəkəninin Dubay macərası:Dostunu Bakıdan evinə çağırıb və hədələyərək...-VIDEO

Redaksiyamıza müraciət edən Məmmədov Araz adlı şikayətçi daxili işlər naziri cənab Vilayət Eyvazovdan kömək istəyib.

O, redaksiyamıza göndərdiyi videomüraciətdə bildirib ki, əvvəldən tanıdığı Cəlilov Eşqin ona müraciət edərək Dubayda birlikdə işləməyi təklif  edib:

“Eşqin 10 oktyabr 2024-cü ildə mənə zəng etdi və birlikdə işləməyi təklif  etdi. O, məni iş məqsədilə Dubaya çağırdı və mən onun təklifini qəbul edərək bilet alıb 13 oktyabrda Dubaya uçdum. Orada Eşqinin evinə yerləşdim. Amma qısa müddət sonra Eşqin məni ölümlə hədələyərək öz tanışı Məhəmməd adlı şəxsə mülki etibarnamə verməyimi tələb etdi. Mən çətin vəziyyətdə qaldığımdan mobil notariat vasitəsilə Məhəmməd adlı şəxsə mülki etibarnamə verməli oldum.

Daha sonra telefonum əlimdə olmadığı üçün bu barədə kiməsə məlumat verə bilmədim. Sonradan telefonumu yenidən əldə etdikdən sonra dostum Vüqara bu barədə məlumat verdim. Vüqar həmin ünvana Dubay polislərinin göndərilməsinə nail oldu. Dubay polisi məni həmin evdən çıxararaq öz arzuma uyğun Moskva şəhərinə yola saldı”. 

Şikayətçi bildirib ki, həmin etibarnamə vasitəsilə onun əmlakları Məhəmməd adlı şəxsə keçib:

“Öz iradəmlə çəkdiyim bu videogörüntü vasitəsilə xahiş edirəm ki, etibarnamənin ləğvinə və mülklərimin özümə qaytarılmasına kömək edəsiniz”.

Xatırladaq ki, şikayətçinin adını çəkdiyi Eşqin Cəlilov tanınmış müğınni Rəqsanə İsmayılovanın keçmiş kürəkənidir. O, müğənninin qızı Aysun İsmayılovanın əri olub və daha sonra cütlük rəsmən boşanıb. 

Eşqin Cəlilov 2023-cü ilin mayında İnzibati Xətalar Məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək məhkəmənin qərarı əsasında 30 sutka inzibati qaydada həbs edilib. Onun fiziki şiddət göstərdiyi şəxs isə Aysun İsmayılova olub.

Məqalədə adı çəkilən qarşı tərəflərin fikrini yayınlamağa hazırıq.

“Bakıfakt.az”

 

 

 

 

IRON MAX AZERBAIAN