Azad Media Susdurula Bilməz!
Şikayət var: "Maliyyə İdarəsinin əməkdaşı faizə pul verir və evimi əlimdən almaq istəyir"
hüquq qanun

Şikayət var: "Maliyyə İdarəsinin əməkdaşı faizə pul verir və evimi əlimdən almaq istəyir"

21 min manatlıq oğurluq edən qadın həbs edildi

Bakıda daha bir qalmaqallı məhkəmə prosesi başlayıb. Bu dəfə iddaçı qarşı tərəfə külli miqdarda pul verdiyini iddia edir və bunun qarşılığında ittiham tərəfinə məxsus olan mənzili tələb edir.

Belə ki, iddiaçılar Məmmədşah Məmmədov və Sevil Məmmədova "Əsassız varlanma predmetinin qaytarılması" tələbinə dair Nəsimi rayon Məhkəməsinə müraciət edərək Zeynalova Esmiranın evinə tələb irəli sürüblər. 

Bu barədə redaksiyamıza Zeynalova Esmira müraciət edib. Şikayətçi bildirib ki, məhkəməyə göndərilən iddia ərizisində iddiaçılar Nəsimi rayonu Novruzov qardaşları 135 ünvanında yerləşən, ona məxsus olan ev və qarajın onlara verilməsini tələb ediblər. 

Məhkəməyə verilən ərizədə göstərilib ki, 2016-cı ilin may ayında iddiaçı həmin evə qeydiyyata salınıb, ancaq 2016-cı ildə onu məhkəmə qaydasında evdən qeydiyyatdan çıxarıblar. Beləliklə, məhkəmə predmeti yaranıb. 

İttiham tərəfi olan və redaksiyamıza müraciət edən Zeynalova Esmira isə bu tələblərlə razılaşmır və iddianın həqiqəti əks etdirmədiyini deyib. Onun məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirilir ki, iddiaçının pul tələbi ilə bağlı tələbi tamamilə yanlışdır və məhkəmədə yanlış təəssürat yaratmaq məqsədi daşıyır:

"Mənim heç bir halda iddiaçıya 77 min AZN məbləğində pul öhdəliyim olmayıb. Həmin pulun guya tərəfindən mənim kredit ödənişlərimə yönləndirilməsi barədə deyilənlər də həqiqəti əks etdirmir. Belə ki, Sevil Məmmədova mənə zaman-zaman faizlə pul verib və həmin vəsaiti vaxtında geri ödəmişəm. Sonradan aramızda olan razılaşmaya əsasən mənə 5 min AZN verib, lakin mənə bu pula görə aylıq yüksək faiz hesabladığından xəbərdar olmamışam.  İddiaçı mənə bu barədə heç bir məlumat vermədən həmin məbləği birtərəfli qaydada 50 min AZN-ə çatdırıb.  

Beləliklə, iddiaçı Sevil Məmmədova bunu mənə məxsus olan sözügedən mənzili ələ keçirmək məqsədilə edib. Aktı oxuyanda bəlli olur ki, orada yazılanlar məni aldatmaq məqsədi daşıyır”.

Şikayətçi deyir ki, iddiaçı tərəf hətta onun oğlu Muradov Cavidi də bu məsələyə daxil etmək istəyir:

“Oğlumun pul məsələləri barədə xüsusi məlumatı yoxdur, amma buna baxmayaraq, dəfələrlə onunla telefonla danışıblar, onu da hansısa səbəbdən bu məsələyə daxil etmək istəyirlər”. 

Şikayətçinin dediyi aktda göstərilir ki, Məmmədşah Əliheydər oğlu sözügedən mənzil üçün Esmira Zeynalovaya güya 77 min AZN ödəyib. Həmin məbləğin 50 min AZN-i 49,65 kvadratmetr evə görə nağd şəkildə, 16200 AZN isə “Bank of Baku”-ya kredit borcuna ödəniləcək. 10 800 AZN isə 3 illik ev kirayəsi kimi nəzərdə tutulub. 

Amma Sevil Məmmədova deyir ki, aktda göstərildiyinin əksinə olaraq qarşı tərəf onun banklara olan borclarını ödəməyib:

“Ödəniş tarixlərinə dair bütün tarixçəni Mərkəzi Bankda yaradılan FİNDOC sistemi vasitəsilə öyrənmək mümkündür. Əgər iddiaçı mənim banka olan 16200 AZN borcumu həmin akt tərtib edildikdən sonra, yəni 2015-ci il mayından sonra tam həcmdə ödəyibsə, bunu lazımı sənədlərlə sübut etsin”. 

Ancaq görünən odur ki, iddiaçı tərəf aktda göstərildiyi kimi borcu banka ödəməyib və bu barədə heç bir təsdiqləyici sənədi yoxdur. 

Digər maraqlı məsələ iddiaçı tərəfin əvvəllər də belə məsələlərlə məşğul olmasına dair məlumatlardır. Məlumata görə, iddiaçı tərəf, yəni Sevil Məmmədova Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsində işləyir. O, əvvələr də başqa şəxslərə qarşı bu vasitələrdən istifadə edib, külli miqdada pul mənimsəyib. 

Şikayətçinin dediklərindən və məhkəməyə təqdim olunan etiraz ərizəsindən belə məlum olur ki, iddiaçı tərəf Sevil Məmmədova onlara məxsus olan evə qanunsuz olaraq yiyələnmək istəyir:

“Bu vasitə ilə mənim evimi əlimdən almaq istəyirlər. Ümid edirəm ki, məhkəmə qarşı tərəfin bu tələbinin əsassız olması barədə ədalətli qərar qəbul edəcək”.

“Bakıfakt.az”

IRON MAX AZERBAIAN