Azad Media Susdurula Bilməz!
Bakıda hərbi yürüşlər keçirilir
HƏRBİ XƏBƏRLƏR

Bakıda hərbi yürüşlər keçirilir

Bakıda hərbi yürüşlər keçirilir

Bu gün səhər saatlarından Bakının müxtəlif küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri başlayıb.

Modern.az xəbər verir ki, yürüşlər hərbi orkestrlərin müşayiəti ilə keçirlir.


26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə keçirilən yürüşlər beş marşrut üzrə təşkil olunub.

Hərbçilərin Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.

Yürüşlər Bakıda Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə təşkil edilib.

Qeyd edək ki, bu gün, həmçinin saat 19:00-dan 21:00-dək Sumqayıt Dənizkənarı Bulvar ərazisi, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində müəyyənləşdirilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq.

IRON MAX AZERBAIAN