Bakının bu qəsəbəsində aeroport tikilə bilər
Milli Məclisdə Bakının Ələt qəsəbəsində hava limanının tikilməsi təklif edilib.
“Qafqazinfo” xəbər verir ki, belə bir təkliflə deputat Razi Nurullayev çıxış edib.
“Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisini də gerçəkləşdirməliyik ki, bu cəlbediciliyi artıraq. Hava yükdaşımalarının birbaşa zonada yerləşməsi zonanı daha cəlbedici edə bilər. Planda hava limanı tikintisi varmı və varsa, nə zamana planlaşdırılır? Mən bu barədə ciddi işin aparılmasının tərəfdarıyam”, - deyə deputat qeyd edib.
Nurullayev bildirib ki, Ələt Azad İqtisadi Zonasının cəlbediciliyi və əlçatanlığının artması üçün nə lazımdırsa, tez və çevik şəkildə edilməlidir: “Biz hamımız gözümüzü Ələtə dikmişik ki, on minlərlə iş yeri yaradacaq və Azərbaycanı ixracatçı bir ölkəyə çevirəcək. Bu, elə də asan deyil. İqtisadi zonanın dünya okeanına çıxışı olmadığına görə biz xeyli güzəştlər hesabına sərmayələr cəlb etməliyik”