GÜNDƏM
Əfv edilənlər arasında dünya çempionu da var
Kikboksinq və kunq-fu üzrə dünya çempionu Urxan Orucovun əfv edilib.
2018-ci ildə həbs edilən U.Orucovun adı Prezident İlham Əliyevin ötən gün imzaladığı Əfv Sərəncamında yer alıb.
Xatırladaq ki, 1989-cu il təvəllüdlü Orucov Urxan Əli oğlu maşınla adam vuraraq öldürdüyü üçün məhkum olunmuşdu. Hadisə 2018-ci ilin yanvarında Buzovna qəsəbəsində baş vermişdi. U.Orucov idarə etdiyi “BMW” markalı avtomobillə 31 yaşlı Səlim Zülfüqarovu vurub hadisə yerindən qaçmışdı. S.Zülfüqarov vəfat etmiş, U.Orucov isə saxlanılaraq həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 4 il 2 ay 16 gün müddətə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, U.Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.