Azad Media Susdurula Bilməz!
Bakıda evdə yanğın oldu, ölən var.
GÜNDƏM

Bakıda evdə yanğın oldu, ölən var.

Bakı şəhərinin Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb.


Bu barədə Bakufakt.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.


Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

IRON MAX AZERBAIAN