Azad Media Susdurula Bilməz!
Qulaq Asmayın Belələrinə
GÜNDƏM

Qulaq Asmayın Belələrinə

"Övladınız dəcəllik, kürlük edib ağlayırsa, ona yaxınlaşmayın, sakitləşdirməyin, nazı ilə oynamayın. Onu tərbiyələndirmək gərəkdir. İmkan verməyin ki, sizinlə manipulyasiya etsin". 

Qalaq-qalaq, yığın-yığın, zibilxanalar dolduracaq psixologiya kitablarında belə yazılır. Psixoloqlar arasında onurğa beyninin siqnallarına daha çox inananlar da belə məsləhətlər ərz edirlər.

Qulaq asmayın belələrinə.

Əlbəttə ki, uşaq sizinlə manipulyasiya edir. Bəs siz nə istəyirdiniz ki?! Uşağın həmişə susmasını, sükütda olmasınımı?! Körpənin ağlaması onun ətraf aləm və valideynləri ilə çox azsaylı ünsiyyət vasitələrindən biridi.

Bu kanalı kəsmək olmaz... 1980-ci illərdə Rumıniyada uşaq evləri və körpə sığınacaqları dolu idi. Oradakı balacaların çoxu zorakılıq problemi ilə qarşılamışdılar. 
Söyülən, aşağılanan, döyülən uşaqlar illərlə böyüklərlə normal ünsiyyətdə olmadı. Bu da uşaqların psixikasına dağıdıcı təsir etmişdi. 

Sonradan təftiş zamanı ekspertlər deyirdilər ki, uşaq evlərində sanki qəbristanlıq sükutu vardı. 
Uşaqlar ağlamırdılar.

Bilirdilər ki, ağlasalar, kimsə gəlməyəcək yanlarına.

Kimsə ovundurmayacaq onları.

Uşağın ümidsiz, kədərli sükutu ən ağrılı ağlamadan qorxuludur.

Ovundurun sevdiyinizi... 
Via By Director  B.Rəşad

IRON MAX AZERBAIAN