Azad Media Susdurula Bilməz!
Azyaşlı anasının telefonu ilə 31 hamburger sifariş etdi
GÜNDƏM

Azyaşlı anasının telefonu ilə 31 hamburger sifariş etdi

Kaliforniyada ofis işində işləyən qadının başına maraqlı iş gəlib.

 Onun başı işə qarışıq olarkən 2 yaşlı oğlu telefonunu alaraq 31 hamburger sifariş edib. Hadisə iş yerində baş verib.

Bir neçə dəqiqə sonra qadının telefonuna zəng gəlib. Özünü restoran işçisi kimi təqdim edən şəxas bildirib ki, sifariş böyük olduğundan bir gədər gec icra ediləcək. qadın isə fikirləşib ki restoran nömrəni səhv salıb.

Lakin yarım saat sonra hamburgerlər gələndə qadın vəziyyəti anlayıb və gətirilən mala 100 dollar və bəxşiş verib. Hamburgerlər işçilərin arasında bölünüb.

Hadisədən xəbər tutan restoran ailəni pulsuz nahara dəvət edib.  

IRON MAX AZERBAIAN