Azad Media Susdurula Bilməz!
Tufana görə Naxçıvana gedən təyyarə geri qayıtdı
GÜNDƏM

Tufana görə Naxçıvana gedən təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə "Qafqazinfo"ya AZAL-dan bildirilib.

Qeyd edilib ki, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər

IRON MAX AZERBAIAN