Azad Media Susdurula Bilməz!
Lənkəran ziyalılarının Taleh Qaraşova ictimai təbriki!
GÜNDƏM

Lənkəran ziyalılarının Taleh Qaraşova ictimai təbriki!

Xalqın təbriki, ictimai təşəkkürlər!

İnsanlar o zaman bu həyatda iz buraxırlar ki, onların fəaliyyəti fərdi maraqlar üstə deyil, ictimai, dövlət və ölkə əhəmiyyətli məsələlərlə ünvanlanır. Lənkəran Azərbaycanın iri meqapolisi və yerləşdiyi coğrafi əraziyə görə, insanlarına və iqtisadi-mədəni əhəmiyyətinə görə seçilən mühum məkanlarından biridir. Cənub diyarının mərkəzi sayılan Lənkəran inkişafı Ümummilli Lider Heydər Əliyev, onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan və Prezidentimiz İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu tarixi şəxsiyyətlərin mühim tapşırıqlarını, qərar və sərəncamlarını yerinə yetirmək üçün isə sözsüz yerli məmurların işgüzarlığı, peşəkarlığı, komanda ilə çalışmaq bacarığı, vətəndaşlarla ünsiyyət mədəniyyəti əsas xüsusiyyətlərdəndir.

Lənkəran rayonunun və yerli insanların bu mənada bəxti gətirdiyini deyə bilərik. Məhz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov təyin olunandan bu yana diyarımız özünün yeni inkişaf mərhələsini yaşayır. Sənaye, kənd təsərrüfatı, xidmət sahələri, təhsil, turizm, səhiyyə, mədəniyyət, idman istiqamətində Lənkəranın qazandığı uğurların memarı əgər ölkə başçısıdırsa,onun müvəffəqiyyətlə həyata keçirilməsində Taleh Qaraşovun peşəkar yanaşmalarını, qatqılarını, fəaliyyətini unutmaq olmaz. Məmurları tərifləmək, ad günündə ürək sözlərini söyləmək bizim insanların arasında etnik norma sayılmasada,dünyanın hər yerində bu ictimai dəyər sayılır. Bu mənada cəmiyyətin arasında olan bir ictimai fəal kimi sadə insanların təbriklərinə mən də qoşulur,illərdir şəxsən tanıdığım,gördüyü çoxsaylı işləri təqdir edərək hər zaman dəstəklədiyim mürəkkəb və məhsuldar ictimai-siyasi fəalliyyətinə, diyarımıza sərf etdiyi zəhmətinə görə Taleh müəllimə təşəkkürlərimi çatdırmaq istəyirəm. Cənab başçı, yüz yaşayın, qoy hər zaman fəaliyyətiniz indiki kimi xalqımızın, diyarımızın, ölkəmizin çiçəklənməsinə yönlənsin. Bu işdə sizə böyük uğurlar arzulayırıq…


Hüquqşünas, Media Rəhbəri Məhəmməd Məmmədov

IRON MAX AZERBAIAN