GÜNDƏM
Ər və arvad dəm qazından zəhərləndi - ər öldü
Gədəbəydə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Məlumata görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakink 86 yaşlı Nəcəf İsmayılov və onun həyat yoldaşı 84 yaşlı Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazında zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Nəcəf İsmayılov dünayasını dəyişib, Müşginaz Pirverdiyevanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır