GÜNDƏM
Ölkədə nikaha girən və boşananların sayı AÇIQLANDI
Bu ilin üç ayı ərzində Azərbaycanda nikaha girən və boşananların sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk üç ayı ərzində 14 606 nikah və 3 618 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 4,2-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.