Azad Media Susdurula Bilməz!
Qubada 70-dək vətəndaşın problemi dinlənildi
GÜNDƏM

Qubada 70-dək vətəndaşın problemi dinlənildi

""Azəriqaz" İstehsalat Birliyi paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində konkret addımlar atır və bu işlər bundan sonra da davam edəcək".

Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq mikrofon" aksiyası çərçivəsində Quba rayonunda keçirilən görüş zamanı bildirib. Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Azər Abasov daxil olan çox saylı müraciətlərin "Açıq mikrofon" aksiyasının bu ünvanda təşkil olunduğunu bildirərək, vətəndaşları yaradılan bu şəraitdən yararlanmağa çağırıb. Quba rayonunun Bağçalı, Qalagah, Məçkə-xacə, Fırıq, Yekdar, İdrisqışlaq kəndlərinin sakinləri problem və təkliflərini səsləndiriblər. 

Sakinlər mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək təbii qazla təmin olunmalarını xahiş ediblər. Aksiyaya Quba sakinləri ilə yanaşı, Xaçmaz rayonunun Əhmədoba, Hacıəhmədoba və digər kəndlərinin sakinləri də üz tutublar

IRON MAX AZERBAIAN