Azad Media Susdurula Bilməz!
Rusiyalı hakerlər “Avroviziya”nı təhdid etdi
GÜNDƏM

Rusiyalı hakerlər “Avroviziya”nı təhdid etdi

Rusiyanın “Killnet” haker qrupu bu il İtaliyada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində Ukraynanı təmsil edən “Kaluş” orkestrinə veriləcək onlayn səsləri bloklamaq üçün serverləri ələ keçirəcəyini iddia edib.

Davam edən müharibə fonunda Avropanın dəstəklədiyi Ukrayna müsabiqənin də favoritinə çevrilib, rusiyalı hakerlər isə “Telegram” kanallarında paylaşdıqları elanda buna imkan verməyəcəklərini bildiriblər.

“Onlayn səs verə bilməzsiniz. DDOS (kiber hücum) sizə bunu etməyə imkan verməyəcək”, - deyə onlar qeyd ediblər.

Bu təhdiddən sonra açıqlama verən “Avroviziya” sözçüsü mahnı müsabiqəsinin səsvermə sistemini və tamaşaçıların iştirakını kənar təsirlərdən qorumaq üçün hər il müxtəlif təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edib, eyni zamanda bu il də həmin tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Öz növbəsində “Kaluş” orkestri “Avroviziya”da qələbənin Ukrayna xalqı üçün böyük mənəvi dəstək olacağını dilə gətirib. Müsabiqənin qalibi bu axşam keçiriləcək finalda müəyyənləşəcək. Xatırladaq ki, Rusiya müsabiqədən kənarlaşdırılıb

IRON MAX AZERBAIAN