Azad Media Susdurula Bilməz!
Quş əti və yumurta istehsalçılarının şikayətinə DGK-dan CAVAB: “Türkiyəyə sorğu göndərilib”
GÜNDƏM

Quş əti və yumurta istehsalçılarının şikayətinə DGK-dan CAVAB: “Türkiyəyə sorğu göndərilib”

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının quş əti və yumurta istehsalçıları ilə bağlı qurumdan şikayətinə cavab verib.

DGK-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətdə qeyd olunan quşçuluq avadanlıqları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun şəkildə idxal gömrük rüsum dərəcəsi tətbiq edilərək malların gömrük rəsmiləşdirilməsi həyata keçirilir:

“Həmçinin, idxal olunan avadanlıqlar “Azad ticarət zonasının yaradılması haqqında” Sazişin müddəalarına uyğun olduqda və “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan dövlətin CT-1 formalı mənşə sertifikatının əsli təqdim edildikdə idxal gömrük rüsumundan azad olunur.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.32-ci maddəsinə uyğun olaraq, quşçuluq üçün avadanlıqlara əlavə dəyər vergisindən azadolma tətbiq edilir.

Əlavə olaraq bildiririk ki, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalının əlavə dəyər vergisindən azad olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə uyğun olaraq tənzimlənir.  Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununa əsasən, həmin maddə yeni redaksiyada verilərək müvafiq siyahıya uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulub. 

Eyni zamanda, həmin siyahının hazırlanması ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması Nazirlər Kabinetinin 15 yanvar 2022-ci il tarixli 47s nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb

IRON MAX AZERBAIAN