GÜNDƏM
Türkiyə ərazisi atəşə tutuldu:
Türkiyənin Suriya ilə sərhəd ərazisi atəşə tutulub.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Qaziantep əyalətinin Karkamış rayonundakı Köprübaşı sərhəd məntəqəsinə Suriyanın Eyn əl-Ərəb bölgəsindən minaatanlarla atəş açılıb.
İnsident nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilib.
Nazirlikdən qeyd olunub ki, hadisədən sonra Suriya ərazisində təyin olunan hədəflərə lazımi cavab verilib