Bakının ÖLÜM SAÇAN 10 yolu - DİQQƏTLİ OLUN
Bakufakt.az-a bildirib ki, siyahıda ilk yeri Heydər Əliyev prospekti tutur. Bu ilin 3 ayı ərzində adı çəkilən yolda 11 ağır yol-nəqliyyat hadisəsi olub. Nəticədə 6 nəfər ölüb, 6 nəfər yaralanıb.
İkinci yerdə Ziya Bünyadov prospektidir. Burada isə 6 yol-nəqliyyat hadisəsi olub ki, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
5 qəza, 5 xəsarətlə Akademik Həsən Əliyev küçəsi və Qara Qarayev prospekti 3-cü və 4-cü yerləri tutub. 5, 6 və 7-ci yerlərdə 3 qəza, 1 ölü, 2 yaralı ilə Babək prospekti, Koroğlu Rəhimov və Əhməd Rəcəbli küçələri gəlir. 8-ci yerdə 3 qəza, 3 xəsarətlə Fətəli Xan Xoyski küçəsi, 9-cu yerdə 3 qəza 3 ölü ilə Mərdəkan şossesi, 10-cu yerdə isə 3 qəza 1 ölü və 2 yaralı ilə Səməd Vurğun küçəsi qeyd olunub.
Təkcə adları çəkilən bu yollarda baş verən qəzalar zamanı 15 nəfər ölüb, 32 nəfər yaralanıb.
Mediada yayılan və Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamalarda bildirilib ki, piyadavurma hallarının səbəbkarları əksər hallarda piyadalar özləri olur. Belə ki, bəziləri icazə verilməyən hissədən yolu keçərək həyatlarını təhlükə altında qoyurlar. Bəziləri isə yolu keçərkən ümumiyyətlə sağa-sola baxmır, nəticədə həm özünü, həm sürücünü təhlükəyə atır. Buna görə də, həm sürücülər, həm piyadalar üzərində məsuliyyət hissi artmalıdır. Sürücülər xüsusən yaşayış məntəqələrində sürət həddinə diqqət etməli, dönmə və manver zamanı ehtiyatlı olmalı, piyadalar da həmçinin həyati təhlükələrini nəzərə alaraq, istədikləri yerdən yolu keçməməlidir.
Xatırladaq ki, 2022-ci ilin 3 ayı ərzində Bakıda 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 52 nəfər ölüb, 96 nəfər yaralanıb. Həmçinin 89 piyada vurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb