GÜNDƏM
Ucarda maşın aşdı, sürücü hadisə yerində öldü
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.
Jadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.
"Lada" markalı minik maşınının sürücüsü Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə maşın aşıb və sürücü hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.