Azad Media Susdurula Bilməz!
Qlobal istiləşmə bir-birindən fərqli minlərlə virisun yayılmasına səbəb olacaq
GÜNDƏM

Qlobal istiləşmə bir-birindən fərqli minlərlə virisun yayılmasına səbəb olacaq

Alimlərə görə qlobal istiləşmə 2070-ci ilə qədər insanlar və heyvanlar arasında 4000 virusun yayılmasına səbəb olacaq. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

TRT-nin CNBC-yə istinad etdiyi xəbərə görə aparılan yeni bir araşdırmanın niticələrinə görə qlobal istiləşmə heyvan növləri arasında yeni virusların yayılmasına səbəb olacaq və ortaya çıxan xəstəliklər heyvanlardan insanlara yoluxma riskini artıracaq.

“Nature” jurnalında araşdırma ilə əlaqəli dərc edilən məqalədə iqlim dəyişikliyinin məməlilər arasında xəstəliklərin yoluxmasında necə təsir göstərə biləcəyinin tədqiq edildiyinə diqqət çəkən alimlər, qlobal istiləşmənin 3000-dən çox məməli növünü köçə məcbur edəcəyi və bu növlərin qarşılaşmasının 2070-ci ilə qədər 4000 virusun yayılmasına səbəb olacağı fikrinə gəliblər. Bu qarşılaşmaların 90 faizinin yarasalar vasitəsilə olacağı və əksəriyyətinin Cənub-Şərqi Asiyada baş tutacağını qeyd ediblər.

Tədqiqatın müəlliflərindən Qreq Alberi sözmövzusu virusların hər birinin heyvanların sağlamlığına təsir göstərməsi və insanlar arasında yayılması ehtimalının olduğunu, lakin 4 min virusun yayılmasının Covid-19 epidemiyası ölçüsündə yeni epidemiyalar demək olmadığını vurğulayıb.

IRON MAX AZERBAIAN