Açıq satılan qidalar sağlamlıq üçün təhlükəlidir?
Üzərində milçəklər, ətrafında isə pişiklər gəzir.
Bazarda meyvə tərəvəzdən tutmuş, ağartı və ət məhsullarına kimi bir sıra qidaların üstü açıq formada satılır. Satıcılardan səbəbini soruşduqda isə bunu ya alıcıları cəlb etmək üçün, ya da bazardakı mövcud şəraitlə əlaqələndirirlər.
Məhsulların bu cür satılmasında təbii ki, alıcılar razı qala bilməzlər. Ona görə də çalışırlar ki, belə qidaları gigiyenik qaydalara əməl olunan yerlərdən alsınlar.
Qida üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, çörək, ağartı, balıq, ət və ət məhsulları, eləcə də, bir sıra qidalar var ki, onların üstü açıq satılması yolverilməzdir. Mütləq şəkildə həmin məhsulların üzərinə şəffaf örtük çəkilməlidir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirdi ki, bu istiqamətdə sahibklarlıq subyektlərində və satış obyektlərində mütəmadi monitorinqlər həyata keçirilir, aşkar edilən qanun pozuntularına qarşı müvafiq tədbirlər görülür.