GÜNDƏM
Taksi sürücülərinin diqqətinə - 50 manat cərimə oluna bilərsiniz
Müşahidələrimizə görə, təhlükəsizlik kəmərinin yoxluğu taksi fəaliyyəti göstərənbir çox nəqliyyat vasitələrində əsl problemə çevrilib. Xüsusilə Rusiya istehsalı olan avtomobillərdə belə hallarla daha çox qarşılaşırıq. Ancaq oxşar problemə digər nəqliyyat vasitələrində də rast gəlinir.
Bakufakt.az Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat məsələlələri üzrə ekspert Ərşad Hüseynov deyir ki, təhlükəsizlik kəməri olmayan avtomobil texniki baxışdan keçirilməməlidir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirir ki, təhlükəsizlik kəmərlərinin olmaması avtomobilin konstruksiyalarının nasazlığı kimi qiymətləndirilir. Bununçün də qanunda sürücüyə 50 manat cərimə nəzərdə tutulub.