Azad Media Susdurula Bilməz!
Çörək zavodundakı dəhşətli ölümün təfərrüatı
GÜNDƏM

Çörək zavodundakı dəhşətli ölümün təfərrüatı

Bakıda çörək zavodunda qadının ölməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, yanvarın 7-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus “Nur” çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Nərimanov Rayon Məhkəməsində “Nur” çörəkbişirmə zavodunun işçisi, 1988-ci il təvəllüdlü Jalə Nurəliyevaya hökm oxunub. O, ehtiyatsızlıq edərək iş yoldaşı, 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın faciəvi şəkildə ölümünə səbəb olmaqda ittiham edilib.

Jalə Nurəliyevaya məhkəmədə verdiyi ifadədə deyib ki, onlar arasında heç vaxt ədavət olmayıb:

“Ana-bala kimi olmuşuq. Münasibətlərimiz çox gözəl olub. Aramızda heç bir düşmənçilik, ədavət olmayıb. Çox mehriban idik. Günün çox hissəsini birlikdə keçirirdik. Hadisə günü işçilər arasında iş bölgüsü oldu və bizim ikimizə istehsalat sexinin anbar və xəmir qarışdırdan qurğuların təmizlənməsi tapşırılmışdı. Biz əvvəlcə anbarı təmizlədik, daha sonra isə qurğuların təmizliyinə başladıq. Həmin vaxt Mətanət əyilib qapı tərəfdən ikinci olan qurğunun döşəməsinin ətrafını əski ilə silməyə başladı. Mənə də dedi ki, “Gəl aparatı qaldır ki, altını silim”. Ona görə də, Mətanətin yanından keçib qurğunu idarə edən düymələr olan hissəyə yaxınlaşdım. Qurğunu qaldırmaqdan ötrü xatırladığım qədər ən solda olan yaşıl rəngli düyməyə basdım. Həmin an sexdə olan qadınların qışqırıq səsini eşitdim. Üzümü çevirib baxanda gördüm ki, Mətanət qurğunun qarışdıran dəmirləri arasında sıxılıb qalıb. Gördüyüm mənzərədən şok olub özüm də qışqırmağa başladım. Eyni zamanda əllərimlə nə cürsə Mətanətə kömək etmək istədim. Daha sonra işçilərdən biri yaxınlaşıb qurğunu söndürdü və dedi ki, Mətanət artıq ölüb. Ətraf qan içində idi. Hadisəyə görə çox üzülürəm”.

Jalə Nurəliyevaya Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilib.

****

Bakıda çörək zavodunda qadının ölməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, Nərimanov Rayon Məhkəməsində “Nur” çörəkbişirmə zavodunun işçisi, 1988-ci il təvəllüdlü Jalə Nurəliyevaya hökm oxunub.

O, ehtiyatsızlıq edərək iş yoldaşı, 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın faciəvi şəkildə ölümünə səbəb olmaqda ittiham edilib və Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilib.

Qeyd edək ki, yanvarın 7-si saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus “Nur” çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil  olub

IRON MAX AZERBAIAN