GÜNDƏM
Ağdamda yol çəkən texnika minaya düşüb - FOTO
Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.
Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.
Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı APA -ya təsdiqləyiblər.
Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır