Azad Media Susdurula Bilməz!
Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib
GÜNDƏM

Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib

Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda çürümüş dölün aşkar edilməsi faktı üzrə Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub.

Həmçinin hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

* * * * *

Gəncə şəhərində körpə meyiti tapılıb.


Meyit şəhər ərazisindəki zibil poliqonunda aşkarlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Meyit ekspertizaya təqdim olunub.

IRON MAX AZERBAIAN