Azad Media Susdurula Bilməz!
“Parklanma dəllalları” yenə FƏALLAŞIBLAR: Pulsuz 15 dəqiqə üçün davaya çıxanlar kimlərdir?
GÜNDƏM

“Parklanma dəllalları” yenə FƏALLAŞIBLAR: Pulsuz 15 dəqiqə üçün davaya çıxanlar kimlərdir?

Bakıda avtomobillərin qanunsuz parklanması davam edir. “Parklanma dəllalları” hələ ki tarifləşməyən və müzakirədə olan “parkovka” özbaşınalığından istifadə edərək yenidən hərəkətləniblər.

Konkret idarəedicisi müəmmalı qalan şəxslər avtomobilini park edən sürücülərdən özlərinə sərf edən məbləğdə pul tələb edirlər. “Parkovka”ların beş dəqiqəsi də, bir saatı da bir manatdır. Bu durumla üzləşən bəzi sürücülər sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Qanunsuz pul yığan “parkovşik”lərdən təngə gələn sürücülər “parkovka” düyününün tamamilə çözüləcəyi günü gözləyirlər.

Xatırladaq ki, rəsmi qurumlar tərəfindən dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmə hələ ki təkmilləşdirilməyib.  

Parkinqlə bağlı yeni plan və tariflərin müəyyənləşdirilməsi məsələsi hazırda Nazirlər Kabinetinin müzakirəsində olduğu üçün konkret qərar qəbul olunmayıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, dövlətin balansında olan parklanma ünvanları ictimaiyyətə açıqlanmayınca sözügedən məsələdə problemlər davam edəcək:

“İlk növbədə hazırda dövlətin pulsuz elan etdiyi bütün parklanma yerlərinin ünvanları cəmiyyətə açıqlanmalıdır. Vətəndaşların hər biri və Bakı şəhərinin qonaqları bilməlidirlər ki, paytaxtın hansı parklanma yerində avtomobili pulsuz və ya pullu saxlaya bilərlər. Təəssüf ki, bu işi təşkil etməyə borclu olan müvafiq qurumlar bu günə qədər məsələyə biganə yanaşır və bu səbəbdən də cəmiyyətdə qarışıqlıq yaranır.

Vətəndaşlar qanunsuz fəaliyyət göstərən parklanma nəzarətçiləri tərəfindən maddi şantaja məruz qalırlar. Sürücü bilmir ki, həmin nəzarətçi həqiqəti danışır, yoxsa yalan deyir. Vətəndaş bilmir ki, həmin parklanma yeri dövlətin balansında olan pulsuz dayanma yeridir, yoxsa özəl şirkətlərin tabeliyində olan pullu parklanmadır. Problemin kökü elə buradan qaynaqlanır. Bu, həll edilməyincə problemlər davam edəcək”. 

Ekspert qeyd edib ki, tariflər vaxtla həyata keçirilir:

“Saatına və sutkasına görə hesablanır. Bakı şəhərində bu tariflər hər saatına görə hesablanmalıdır. Fərqli tariflər olmamalıdır. Paytaxtda yerindən asılı olmayaraq vahid tarif müəyyənləşməlidir

IRON MAX AZERBAIAN