Azad Media Susdurula Bilməz!
DTX var olduqca dövlətin təhlükəsizliyi etibarlı əllərdədir.
GÜNDƏM

DTX var olduqca dövlətin təhlükəsizliyi etibarlı əllərdədir.

Son illər ərzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətində həyata keçirilən islahatlar bu qurumun işinə yeni nəfəs, daha çevik və prinsipial yanaşma gətirmişdir. Artıq cəmiyyət açıq şəkildə hiss edir ki, dövlət təhlükəsizliyi yalnız formal bir anlayış deyil, real və operativ şəkildə qorunan ali dəyərə çevrilib. Bu gün DTX xalqın ən çox etibar etdiyi dövlət orqanlarından biri kimi qəbul olunur. İnsanlar haradasa haqsızlıq, qanunsuzluq və ya dövlətə qarşı təhlükə gördükdə, ilk növbədə məhz bu qurumun müdaxiləsini gözləyir. Bu isə təsadüfi deyil, bu, aparılan düzgün siyasətin, şəffaf və prinsipial fəaliyyətin nəticəsidir.

DTX-nın fəaliyyəti bir daha sübut edir ki, dövlətə xidmət sadəcə vəzifə deyil, müqəddəs missiyadır. Harada dövlətçiliyə qarşı təhdid varsa, harada qanunun aliliyinə kölgə salmaq istəyən qüvvələr varsa orada DTX-nın izini görmək mümkündür. Bu qurumun çevikliyi, operativliyi və peşəkarlığı artıq cəmiyyət üçün güvən simvoluna çevrilib. Xüsusilə qeyd olunmalıdır ki, bu uğurların təməlində peşəkar rəhbərlik dayanır. Əli Nağıyev kimi təcrübəli və prinsipial rəhbərin idarəçiliyi altında formalaşan kollektiv yüksək intizamı, dövlətə sədaqəti və işinə məsuliyyətli yanaşması ilə seçilir. Bu gün DTX sıralarında xidmət edən əməkdaşlar yalnız vəzifələrini icra etmir, eyni zamanda dövlətin dayağı, xalqın ümid yeri kimi çıxış edirlər. Onların işi zahirdə göründüyündən qat-qat ağırdır, gecə-gündüz demədən, bəzən həyatlarını riskə ataraq dövlətin təhlükəsizliyini təmin edirlər. Hər açılan cinayətin arxasında böyük zəhmət, səbir və yüksək peşəkarlıq dayanır. Bu, sadəcə xidmət deyil, bu, fədakarlıqdır, məsuliyyətdir, vicdan məsələsidir.

Bu gün artıq hamı əmindir ki, DTX var olduqca dövlətin təhlükəsizliyi etibarlı əllərdədir. Bu inam isə ən böyük nailiyyətdir, çünki dövlətə güvən, əslində, onun gələcəyinə güvəndir.

IRON MAX AZERBAIAN