GÜNDƏM
Qazaxda ailə münaqişəsi: Kürəkən qayınanasını, qayın yeznəsini bıçaqladı.
Qazaxda qohumlar arasında bıçaqlanma hadisəsi olub.
Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, insident rayonun Kosalar kəndində baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü Mahir Məmmədov ailə münaqişəsi zəminində qayınanası, 1976-cı il təvəllüdlü Sevda Vəliyevanı bıçaqla vurub. Hadisəni görən S.Vəliyevanın oğlu da M.Məmmədovu bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.