GÜNDƏM
Trend olan mahnı hansı mesajları verir? - Türkiyə hakimiyyətinə şikayət
Son zamanlar “TikTok”un Türkiyə və Azərbaycan seqmentində populyarlaşan “Havhavhav” mahnısı ilə bağlı Türkiyə Prezidentinin mətbuat xidmətinə şikayətlər ünvanlanıb.
Bakufakt.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV-də xəbərlər yayılıb.
Türkiyə hakimiyyətinə daxil olan sorğuda sözügedən mahnının yayımdan çıxarılması tələb olunub.
Şikayətə mahnının gənclərə pis nümunə olması səbəb göstərilib.
Qeyd edək ki, trendə çevrilən mahnı boyu qadın bədəni alçaldılır, onlara qarşı təhqiredici ifadələr işlədilir.
Trekin sözlərinin müəllifi və ifaçısı “Lvbel C5” ləqəbli reperdir.