GÜNDƏM
Saxta həkimləri ifşa edən Qənirə Ataşovanın səhifəsi yenidən bağlandı
Bir müddətdir ki, İnstaqram hesabında Azərbaycandakı saxta diplomlu həkimlərlə bağlı paylaşımlar edən, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın səhifəsi yenidən bağlanıb.
"Bakufakt.az" bildirir ki, bir həftənin içərisində jurnalistin səhifəsi ikinci dəfədir bağlanır.
Bundan əvvəl səhifəsini geri qaytaran jurnalist qeyd etmişdi ki, Azərbaycan səhiyyə sistemindəki problemlərlə bağlı paylaşdığı yazılar səbəbindən mütəmadi olaraq hesabına hücumlar edilir.