Azad Media Susdurula Bilməz!
Vilayət Eyvazov polis olmaq istəyənləri yoxladı: 46 nəfər üçün şans yaranıb - FOTO
GÜNDƏM

Vilayət Eyvazov polis olmaq istəyənləri yoxladı: 46 nəfər üçün şans yaranıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

General-polkovnik V.Eyvazov Lənkəran Şəhər Rayon Polis Şöbəsində bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər. 

Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 46 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da onu Vətən müharibəsi iştirakçısı, altısı isə şəhid ailələrinin üzvləri olublar.

IRON MAX AZERBAIAN