VƏLİ ABBASOV NƏYİN HESABINA YENİDƏN VƏZİFƏYƏ GƏTİRİLİR?! - İDDİA - VİDEOFAKT
Abşeron rayonu icra hakimiyyətinin Abadlıq və Kommunal xidmətlər idarəsinin keçmiş sahə rəisi Vəli Abbasov 2024-cü ilin fevral ayında 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və nüfuz alveri) maddəsi ilə ittiham edilməklə polis nəzarətinə buraxılıb. Hazırda şəxs Abşeron rayonunda qanunsuz tikinti işlərinə rəhbərlik edir. Araşdırmalar zamanı aldığımız məlumatlara görə Vəli Abbasov yeni vəzifəyə hazırlaşır. Bu zaman belə bir sual ortaya çıxır. Necə olur ki, barəsində cinayət işi açılmış və həm də polis nəzarətində olan şəxs yenidən vəzifəyə gətirilir?
Məsələ ilə bağlı araşdırma aparıb bu cür qanunsuz əməlin qarşısını almaq məqsədi ilə aidiyyatlı qurumlardan tədbir görmələrini xahiş edirik. Biz Vəli bəylə əlaqə saxlamağa çalışsaqda mümkün olmadı. İddia olunan qanunsuz tikililərlə bağlı video materialı təqdim edirik. Qeyd edək ki, çəkdiyimiz video görüntülərlə bağlı Vəli bəy tərəfindən heç bir açıqlama verilməyib.
Məsələni diqqətdə saxlayıb, mövzuya qayıdacayıq.