Azad Media Susdurula Bilməz!
Burda ƏDV tələb edəndə düşmən olursan... - GİLEY
GÜNDƏM

Burda ƏDV tələb edəndə düşmən olursan... - GİLEY

"Göyçay rayonunda "Dəniz market" deyilən böyük mağazalar var. Bu şəbəkənin rəhbərliyinə səslənirəm..." Bunu öz müraciətində Göyçay rayon sakini Əli Əhmədov ifadə edib.

Narazı vətəndaş sözügedən ticarət şəbəkəsinin rəhbərliyinə xitabən dahas rona davam edir: "Sizin Göyçay rayon Xəlitli kəndində yerləşən mağazanızda müştərilərə qarşı çox haqsızlıqlar olunur. Yerli-yersiz müştərilər narazı salınır...

Hələ bu azmış kimi nağdsız olan ƏDV-lər verilmir. Ümümüyyətlə, bu dükanınızdakı alış-verişlıərdə ƏDV-li çek verilmir. Çek istəyən kimi hörmətsizlik edirlər və alver edəndə 5 qəpik 8 qəpiyi qaytarmırlar..

Bir rəhbər tapmırıq ki, sözümüzü deyək... Atırlar verginin üstünə... Bir sözlə, biz müştərilər bu şəbəkədən narazıyıq..."

IRON MAX AZERBAIAN