Azad Media Susdurula Bilməz!
Şərurlu İsfəndiyarın yalanı üzə çıxdı, qırılan yük lifti imiş - Açıqlama
GÜNDƏM

Şərurlu İsfəndiyarın yalanı üzə çıxdı, qırılan yük lifti imiş - Açıqlama

 

Xəbər verdiyimiz kimi, ötən gün “Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftin qırılması nəticəsində 8 nəfər xəsarət alıb.

Bakufakt.az xəbər verir ki, "Şərur MTK"nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov  baş vermiş hadisə ilə əlaqədar mətbuata açıqlamasında bina sakinlərini günahlandırıb.

O deyib ki, lift 4 nəfərlik olmasına baxmayaraq 8 nəfər istifadə edib və  onlardan birinin çəkisi 150 kq olub. MTK sədri liftin üçqat yükləndiyini və buna görə qırıldığını söyləyib.

Hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin qohumu Şəhla Cəlilzadə Ölkə.Az-a açıqlamasında bildirib ki, hadisə sərnişin yox, yük liftində baş verib:

"Dünən gecə Xətai rayonunda liftin qırılması nəticəsində qardaşım qızı da yaralanıb. Onun 2 ayağı sınıb. 

Həmin liftdə ümumilikdə 8 nəfər olub. Onlardan ikisi azyaşlıdır. Liftdə 150 kiloluq insan yox idi. Yük lifti olub. Yəni azı 1 ton yükü qaldırmalı idi, qaldırmağa gücü çatmasa, siqnalizasiya sistemi aktivləşməli idi. 

Əsas məsələ odur ki, tək bu lift deyil, bütün liftlər yoxlanmalıdır, çünki bir çoxu bərbad vəziyyətdədir", -  deyə o söyləyib.

IRON MAX AZERBAIAN