Nazirin qardaşı oğlu Seymur Məmmədovun maşınında, külli miqdarda pulunu aldadıb, ələ keçirdiler.
Qasım Cavadov, nazirin qardaşı oğlu Seymur Məmmədovun maşınında, külli miqdarda pulunu aldadıb, ələ keçirdiyi iş adamı Şahin Dadaşovun üstünə gələrək, onu təhdid etməkdən belə çəkinmir – İTTİHAM
Eyni mövzuda olan ötən yazımızda xüsusi olaraq onu vurğulamışdıq ki, adını yuxarıda çəkdiyimiz Qasım Cavadov, öz adına olan “GOOD AIR ENGINEERING CO LTD” şirkəti vasitəsilə, eləcə də ədliyyə naziri Fikrət Məmmədovun qardaşı oğlu Seymur Məmmədovun adından sui-istifadə etməklə, əvvəlcədən tanıdığı iş adamı Şahin Dadaşovun 80 min manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib. Bu, birbaşa, ortada dələduzluq faktının olduğuna bir işarədir. Qasım Cavadovun törətdiyi bu dələduzluq əməlini, artıq, polis orqanı da tam təfsilatı ilə ilə açıb. Di gəl ki, bu addan qorxub-cəkinmədən sui-istifadə edən Qasım Cavadov, hələ də, məsuliyyətə cəlb olunmayıb.
Bütün bunlar azmış kimi, Qasım Cavadov ağlına gələni etməkdən belə çəkinməyib. Hətta Seymur Məmmədova məxsus AZ 10 AA 054 dövlət nömrə nişanlı xarici markalı bahalı maşınında, ətrafına topladığı kriminal xarakterli digər yaxınlarıyla, külli miqdarda pulunu mənimsədiyi iş adamının üstünə gələrək, onu təhdid etməkdən belə qorxmayıb. Amma nə olsun, bu bağışlanmaz cinayət əməlinə görə də, onun və yanındakıların xətrinə dəyən tapılmayıb.
Yeri gəlmişkən, onu qeyd edək ki, Qasım Cavadovun kim olması və iş adamının böyük məbləğdə bu pulunun onun əlinə necə düşməsi barədə, ötən yazımızda ətraflı açıqlama vermişik. Həmin yazımızda xüsusi olaraq onu vurğulamışıq ki, bu dələduzun “toruna düşən” Şahin Dadaşov xeyli vaxtdır bizneslə məşğul olur: “Ən əsası odur ki, bu iş adamı öz bacarığı hesabına halal qazanc əldə etmək üçün, öz biznesini qura bilib. Hətta dolanışıq sarıdan indiyədək ortada şikayəti də olmayıb və əldə etdiklərinə görə, həmişə başımız üstündəki Uca Allahımıza qəlbən duaçı olub. Heç otən müddət ərzində başına hədsiz narahatlıq doğuran qovğalı belə bir iş gəlməyib də. Elə, buna görədir ki, keçirdiyi bu hədsiz narahatlıqlara görə, ona təsəlli verməyə gələn doğma-yaxınlarının, dost- tanışlarının sayı da günü gündən çoxalır.
Ötən yazımızda onu da bildirmişdik ki, Şahin Dadaşov ona təsəlli verməyə gələnlərə, Qasım Cavadovun onun başına gətirdikləri barədə ətraflı danışır: “Məni Qasım Cavadovla yaxın bir dostum tanış edib. Daha doğrusu, onunla, bir mühasib kimi, üç aydan bir — kvartal, eləcə də illik maliyyə hesabatlarımı aidiyyatı dövlət qurumlarına hazırlayıb, verməsi üçün əlaqə qurmuşam. Bu hadisədən sonra, həmin yaxınım da, cox təəssüflənir ki, belə birisini, mənimlə tanış edib. Qasım, onun da, kvartal və illik hesabatlarını hazırlayan mühasibi olub. Məhz bu işlərinə görə, biz, ona inanmışıq.
Bir gün, həmin yaxınım da ofisdə olarkən, həyata keçirdiyim bir biznes işimlə bağlı, aramızda söhbətimiz oldu. Bildirdim ki, əlimdə olan yüksək gərginlikli transformatorların 80 min manatlıq detallarını, ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsi işlərini həyata keçirən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nəzdindəki “Enerji Construction” MMC-yə satmışam. Həmin şirkət bu pulu bu günlərdə hesabıma köçürməlidir. Söhbətimizin bu yerində, xüsusi olaraq onu vurğuladı ki, iri məbləğli belə pul vəsaitlərinin adıma olan şirkət hesabına köçürülməsi daha yaxşı olardı. Bu söhbətimizə, onda ofisdə hesabat hazırlayan Qasım da qarışdı. Bildirdi ki, onun belə bir şirkəti var. İstəsək, şirkətini bizim adımıza da keçirə bilər, lakin bu proses xeyli vaxt aparar. Aramızdakı bu söhbət o həddə çatdı ki, sonda, elə, şirkətinin öz adında qalmasına və həmin 80 min manatın da, bu şirkətin hesabına köçürülməsini qərara aldıq. Belə bir razılığa da gəldik ki, bu məbləğin 18 faizi dövlət vergisinə ödənilsin, 60 min manatı mənə, yerdə qalan məbləğ isə,
Bu pul vəsaiti bir neçə gündən sonra, bu şirkətin hesabına köçürüldü. Elə, narahat günlərimiz də, bundan sonra başladı. Bir müddət aradan çıxan Qasımı tapmağımız mümkün olmadı. Məcburiyyətdən, evinə getməyə qərar verdik. Qonşularından evinin yerini soruşduq. Bildirdilər ki, o, çoxlarından qaçdığı üçün, evinə çox gec-gec gəlir. Elə, doğma və yaxınları da, qonşuların dediklərini təsdiqlədilər. Təəssüflə onu da bildirdilər ki, Qasımın belə işləri, onların “canlarını boğazlarına yığıb”…
…Məcburiyyətdən, polis vasitəsi ilə, onu bir neçə dəfə tapa bildik. Di gəl ki, indiyədək, bu pulu ondan ala bilmirik. Hər dəfə də, bir bəhanə ilə aradan çıxmağa nail olur. Belə bir bəhanə də ortaya atıb ki, guya, bu şirkət onun adına olsa da, əslində, onun sahibi ədliyyə nazirinin qardaşı oğlu Seymur Məmmədovdur. Guya, 80 min manat hesaba vurulan zaman, bu şirkətin adında çox sayda borca dair qəbz və qaimələr olub. Pul da, avtomatik olaraq, həmin borclara silinib. Qasımın dediklərinə baxmayaraq, biz, şirkətin hesabını da tam yoxlatdırmışıq. Lakin onun bu dedikləri də yalan çıxıb. Hesabı tər-təmizdir, borca dair heç bir ləkəsi yoxdur.
Başınızı nə ağrıdım, çox sonradan bilmişik ki, Qasım Cavadov dələdüzdur və ayrı-ayrı bir çox vətəndaşı belə dələduzluq yolu ilə, aldadaraq, külli miqdarda pullarını ələ keçirib. Qasım bir mənim deyil, onların tələblərini də dinləmək istəmir, hətta hamını ədliyyə nazirinin və onun qardaşı oğlunun adlarıyla təhdid etməkdən belə çəkinmir.
Yeri gəlmişkən, onu da deyim ki, istəmirdim, ortada, üzü polisə olacaq qanqaraldıcı iş olsun. Lakin mən məcburiyyətdən buna getdim. Özünuz deyin, tanış adamın bu məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirən, hər dəfə də: “Polis kimdir Seymurun yanında?!” — deyən bir şəxsi bağışlamaq olarmı?!”.
Yazının bu yerində onu da oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarılan kriminal xarakterli Qasım Cavadovun xoşagəlməz və bağışlanmaz əməlləri barədə, ortada sübuta ehtiyacı olmayan çox sayda faktlar mövcuddur. Nə olsun, onlardan yalnız biri barədə edilən şikayətə görə, indiyədək, ciddi ölçü götürülməyib. Daha doğrusu, iş adamı Şahin Dadaşovun şikayət ərizəsi xeyli müddətdir ki, hüquqi müstəvidə qiymətini almayıb. Yəni, bu şikayət ərizəsi əsasında başlanan iş yenicə təhqiqata göndərilib.
Bir mətbuat vasitəsi olaraq, ötən dəfəki yazımızla olduğu kimi, bu yazımızla da, bir daha, hüquq-mühafizə orqanlarının diqqətini, təəssüf və ikrah hissləri doğuran bu ciddi məsələyə cəlb etməyə çalışırıq. Elə, bu yazının sonunda da, bir daha qeyd etmək istəyirik ki, dələduzluqda ittiham olunan Qasım Cavadovun qanunsuz əməlləri barədə hər şey bizə aydın olduğu üçün, bu mövzunu daim diqqətdə saxlayıb, ayrı-ayrı yazılarla çıxış etməyə qərar vermişik.