Azad Media Susdurula Bilməz!
Beyləqan rayon İcra Hakimiyyətində əməliyyat keçirilib?
GÜNDƏM

Beyləqan rayon İcra Hakimiyyətində əməliyyat keçirilib?

Hörmətli oxucular!

Bildiyiniz kimi, ölkə başçısının sərəncamına əsasən  Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Az öncə etibarlı mənbədən əldə etdiyimiz məlumata görə isə Dövlət Təhlükəsizliyi Xidməti sözügedən inzibati binada yoxlama əməliyyatı keçirib və nəticədə saxlanılanlar var. Saxlanılanlar arasında sabiq başçının olması da qaçılmazdır.

Məlumatı dəqiqləşdirmək üçün rayon icra hakimiyyəti ilə əlaqə yaratmaq cəhdimiz hələlik baş tutmayıb. Mövzunu diqqətdə saxlayırıq. "Bakufakt.az"

IRON MAX AZERBAIAN