GÜNDƏM
Britaniyanın Azərbaycandakı səfiri Ukraynaya kömək üçün şirniyyat satır - FOTO
Birləşmiş Krallığın Azərbaycandakı səfirliyi “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında satışa şirniyyat çıxarıb.
Bununla bağlı səfirlik “Instagram” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib ki, yarmarkadan gələn gəlir Ukraynada zərərçəkənlərə və Azərbaycana Birgə Yardım Təşkilatına (UAFA) yatırılacaq.
Qeyd edək ki, Britaniya səfiri Ceyms Şarp da yarmarkada iştirakı ilə bağlı “Twitter” səhifəsində paylaşım edib.
Səfirlik sabah, martın 26-da da yarmarkada iştirak edəcək.