Azad Media Susdurula Bilməz!
Başçı özünə toy çaldırır, Qazi də iş axtarır... - Ağstafada vəziyyət bu gün belədir...
GÜNDƏM

Başçı özünə toy çaldırır, Qazi də iş axtarır... - Ağstafada vəziyyət bu gün belədir...

Aqstafa rayonu, Sadıqlı kənd sakini, Qarabağ qazisi Əfəndiyev Ramin Mübariz oğlu yerli icra hakimiyyətindən giley edir. Şikayətçi iddia edir ki, dəfələrlə rayon İcra Hakimiyyətində qəbulda olsa da, işlə təmin olunmasına kömək etmirlər:

“Mən, Əfəndiyev Ramin Mübariz oğlu, yazaraq bildirirəm ki, İkinci Qarabağ Müharibəsinin iştirakşısı olmuşam. 2-ci qrup əliləm. Qardaşım Əfəndiyev Amil də veterandır.

İşlə bağlı icra başçısının qəbulunda olmuşuq. Bizə bildirirlər ki, iş yoxdur. Bəs, biz nə edək, nə ilə məşğul olaq? Bu qədər işsizlik olar?

Deyirlər ki, gedin gözləyin, iş olanda sizə məlumat verəcəyik. Amma heç bir məlumat vermirlər. Bu gedişlə heç vaxt da iş olmayacaq”.

IRON MAX AZERBAIAN