Həbsdə olan general Bəkir Orucovun cəzası bu səbəbdən azaldılıb
Bir neçə gün öncə “Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3 il azaldılaraq 6 il 6 aya endirildi.
Generalın cəzasının azaldılmasına təkan verən səbəb Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilən məktub olub. Belə ki, MN-nin Baş Qərargah rəisi Kərim Vəliyev məhkəmədən Bəkir Orucovun 42 illik hərbi xidmət dövründə göstərdiyi şücaətləri, xidmətləri, onun orden və medallarını nəzərə almağı xahiş edib. Məhkəmə də Ordunun Baş Qərargah rəisinin xahişini nəzərə alaraq, B.Orucovun cəzasının azaldılması ilə bağlı qərar verib.
Xatırladaq ki, Bəkir Orucov “Tərtər işi” ilə bağlı həbs olunan yeganə generaldır. O, həbs olunan zaman Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib. Tərtər hadisələri zamanı isə Beyləqan korpusunda qərargah rəisi olub.