Azad Media Susdurula Bilməz!
İbrahim Rəisi helikopter qəzasında HƏLAK OLUB
GÜNDƏM

İbrahim Rəisi helikopter qəzasında HƏLAK OLUB

Rəisi helikopter qəzasında həyatını itirib.

Bakufakt.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

"Tasnim" agentliyi yazıb ki, İran prezidentini daşıyan helikopterin qəzaya uğraması nəticəsində ölənlərin hamısının cəsədlərinin müəyyən edilməsi istiqamətində səylər davam etdirilir.

Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. Məlumata görə, helikopter Şərqi Azərbaycan vilayətinin Arsbaran bölgəsində baş verib.

73 xilasetmə qrupu onu 10 saatdan çox axtarıb. Mayın 20-də səhər tezdən Türkiyənin "Akıncı" pilotsuz uçuş aparatı helikopterin aşkar edildiyi barədə məlumatı İran tərəfinə ötürüb. İran rəsmisi bildirib ki, hava platforması tamamilə yanıb. İran Qızıl Aypara Cəmiyyəti qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan tapılmadığını bildirib.

 

Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti olub. Helikopterin göyərtəsində, həmçinin pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən birinin olduğu bildirilir 

 

İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar.

IRON MAX AZERBAIAN