GÜNDƏM
“Bakı Zooparkı” internet üçün hər ay 1 230 manat xərcləyəcək
Bakı şəhər Heyvanat Parkı (“Bakı Zooparkı”) “Bakı Telefon Rabitəsi” MMC ilə satınalama müqaviləsi imzalayıb.
Müqavilənin şərtlərinə görə “Bakı Zooparkı” “Bakı Telefon Rabitəsi”ndən 8 ay ərzində internet xidmətləri alacaq və qarşılığnda 9 min 840 manat ödəyəcək.
Açıqlanan məlumatlardan da göründüyü kimi, “Bakı Zooparkı” internet üçün hər ay 1 230 manat xərcləyəcək.