Azad Media Susdurula Bilməz!
Sabiq icra başçısının gəlininin şikayətinə bu tarixdə baxılacaq
GÜNDƏM

Sabiq icra başçısının gəlininin şikayətinə bu tarixdə baxılacaq

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin gəlini İlkanə Quliyeva qayınatası ilə bağlı qərardan verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 Ali Məhkəmədə keçiriləcək proses mayın 16-na təyin edilib.

Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Məhkum M.Quliyevin gəlini İlkanə Quliyeva məhkəmə qərarının əmlakların müsadirəsi hissəsi ilə əlaqədar maraqlı şəxs kimi Ali Məhkəməyə müraciət edib. O iddia edir ki, qayınatasının əmlakı kimi dövlət nəfinə alınan Bakı şəhərində yerləşən evlərdən biri əslində ona məxsusdur. O, yüksək instansiya məhkəməsinə göndərdiyi şikayət ərizəsində həmin evin müsadirədən azad edilməsini xahiş edir.

Xatırlatma: M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Eks-icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M.Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

IRON MAX AZERBAIAN