Azad Media Susdurula Bilməz!
Kürdəxanı təcridxanasında bit yayılıb? – Rəsmi AÇIQLAMA 
GÜNDƏM

Kürdəxanı təcridxanasında bit yayılıb? – Rəsmi AÇIQLAMA 

 

Kürdəxanı təcridxanasında bit yayılıb iddiası sosial şəbəkələrdə yayılıb. Penitensiar Xidmətin verdiyi rəsmi açıqlamaya əsasən, bu iddia doğru deyil. Ətraflı məlumat Bizim.Media-dadır.
1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) bit xəstəliyinin tüğyan etdiyi iddia olunur. Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. 

Bakufakt.az məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.

Mətbuat katibi Tanrıverdi Mustafayev sorğumuza cavab olaraq bildirib ki, qeyd edilənlər həqiqəti əks etdirmir:

“Bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır”. 

Qurum sözçüsü qeyd edib ki, Bakı istintaq təcridxanasında qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur:

“Həbs edilmiş şəxslərə həftədə 1 dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır. Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər”.

Qeyd edək ki, bitlər Səpgili yatalaq, Volin qızdırması və qayıdan yatalaq törədicilərinin keçiriciləridir. Qayıdan səpgili yatalaq xəstələrdən sağlam insana yalnız bitlər vasitəsilə keçir.

Bitlərin sancdığı yerlər qaşındığı zaman onlar qaşınan yerdə əzilir. Bu zaman bitin bədənində olan parazitlər dərinin tamlığı pozulduğu yerdən insanın bədəninə daxil olur. Bitlərin baş biti, paltar biti, qasıq biti kimi növlərinin hamısı ektoparazitlərdir.

  •  
IRON MAX AZERBAIAN