Azad Media Susdurula Bilməz!
BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO
GÜNDƏM

BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Azərbaycanın tanınmış bankirlərindən olan Turan İsmayılov özünə ABŞ-da bahalı mənzil alıb. Bakufakt.az xəbər verir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

Jurnalist bildirir ki, “Rabitəbank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini, hazırda “Finoko” bank olmayan kredit təşkilatının (BOKT) baş direktoru vəzifəsini icra edən Turan İsmayılov Nyu-Yorkun Manhetten səmtində 735.000 dollar dəyərində mənzil alıb.

Mənzil Nyu-York, 250 S End Ave Apt 8e ünvanında yerləşir.

Alqı-satqı ötən ilin dekabrın 20-də olub.



Reklam ADS