GÜNDƏM
"Emin və Eynulla” nazirlik binasının fasadını 3 dəfə yuyacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Emin və Eynulla” MMC (VÖEN-1800971911) olub. "Emin və Eynulla” MMC nazirliyin aparatının inzibati binasının fasad örtüyünü il ərzində 3 dəfə yuyacaq və qarşılığında 12 min 961 manat 83 qəpik alacaq.
Məlumat üçün bildirək ki, "Emin və Eynulla” MMC 13.02.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Albalı stansiyası, ev 11, m. 33-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yoldaşov Emin Eynulla oğludur.
Onu da qeyd edək ki, "Emin və Eynulla” MMC-nin hazırda dövlət büdcəsinə 3 min 702 manat 86 qəpik vergi borcu var.