Azad Media Susdurula Bilməz!
ŞOK XƏBƏRDARLIQ! 7,6 bal gücündə zəlzələ gözlənilir
GÜNDƏM

ŞOK XƏBƏRDARLIQ! 7,6 bal gücündə zəlzələ gözlənilir

Türkiyənin aparıcı seysmoloqu Naci Gerur bildirib ki, İstanbulda 7,6 bal gücündə zəlzələ baş verə bilər.

Bu  barədə  Türkiyə mediası açıqlama  yayıb.

“Kahramanmaraş zəlzələsi ilə bağlı çağırış etdik amma heç kim qulaq asmadı. İndi biz qorxuruq ki, tarix təkrarlansın, yenə eyni şeyi deyirik: bir gün hər şey bitəcək”,-deyə o bildirib.

Bu böyüklüyündə zəlzələnin Türkiyənin mədəniyyət paytaxtında ən azı 90 min binanın dağılmasına səbəb olacağı gözlənilir.

Bundan əvvəl Türkiyənin Tokat vilayətində 5,6 bal gücündə zəlzələ baş verib.

2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib və yeraltı təkanlar Suriyaya da təsir edib. Türkiyə hakimiyyəti zəlzələləri “əsrin fəlakəti” adlandırıb.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Türkiyədəki daimi nümayəndəsi Luiza Uinton fevralın əvvəlində Türkiyə və Suriyada baş verən zəlzələlərin iqtisadi zərərinin təkcə Türkiyə Respublikasında 100 milyard dolları keçdiyini bildirib.

 

IRON MAX AZERBAIAN