Azad Media Susdurula Bilməz!
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
GÜNDƏM

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

Kürdəmir rayon Suvarma Sistemləri idarəsinin müdiri Tahir Xəlilovun əvvəlki və hazırkı fəaliyyəti dövründə "özünəxidmət" yolları barəsində məlumat vermişdik.

Kürdəmir rayonundan əvvəl Şəmkir rayon Suvarma Sistemləri idarəsində 6 aylıq müdir stajı keçən və elə bu qısa müddətdə də idarənin operatorlarından birinin iş zamanı baş vermiş ölüm hadisəsini "məharətlə" ört-basdır edərək, Kürdəmir rayonuna "transfer" olunan Xəlilovun barəsində redaksiyamıza daha bir neçə məlumatlar və görüntülər daxil olub.

Görüntülərdən belə məlum olur ki, təmiri üçün hər il dövlət büdcəsindən filan qədər pul ayrılan və anındaca "hopstop" edilən təkcə Mollakənd mexaniki suvarma idarəsinin Çərtəyəz kəndində yerləşən və xarabalığı xatırladan emalatxanası deyil, eyni zamanda Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin 10-larla istismara yararsız, daha doğrusu təmirə ehtiyaclı texnikaları da var. Hansı ki, görüntüləri bizə göndərən mənbə bir ildir bu texnikaların işləmədiyi, lakin onların təmiri və yanacağı üçün mütəmadi olaraq, dövlət büdcəsindən pul ayrıldığını deyir. Onun sözlərinə görə yüz minlərlə qiyməti olan bu dövlət əmlaklarının operatorları texnikaların təmiri üçün idarənin müdiri Tahir Xəlilova dəfələrlə müraciət etsələr də, o, "mənə lazım olanda düzəldib, işləyəcəm" cavabını verib.

Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun milyonçu müavini Rafiq Quliyevin hami durduğu bu "ərköyün" oğlan bəlli ki, rayonun ərazisindəki kollektor və su kanallarının təmizlik işlərini həyata keçirmir.

IRON MAX AZERBAIAN