Ekspert: “Suqovuşanda müxtəlif kateqoriyalı hotellər tikilməlidir” - FOTO
Bakufakt.az Oxu.az-a istinadən xəbər verir ki, Ekspertin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanın turizm imkanlarından daha geniş həcmdə yararlanacağıq:
“Suqovuşanla bərabər Füzulidə hava limanının istifadəyə verilməsi, Zəngilanda hava limanının inşası, Laçında hava limanının tikilməsi üçün işlər aparılması o deməkdir ki, Qarabağ bölgəsini yenidən dirçəldəcəyik. Ölkə Prezidentinin də dediyi kimi, həmin ərazilərdəki mənzərəni daha da geniş işıqlandıracaq, daha füsunkar edəcəyik. Azərbaycanın bütün bölgələrində turizm üçün kifayət qədər imkanlar var. Bu imkanlardan yaxın gələcəkdə yararlanacağıq. İndi ölkəyə turist gətirmək üçün müxtəlif cür komplekslər yaratmalıyıq. Turist getdiyi ölkədə marağa səbəb olacaq məkanları axtarır. Biz də gələcəkdə Suqovuşanı və oradakı turizm kompleksini Azərbaycana gələn turistlərin proqramına salıb ölkəyə turist axınını daha da gücləndirəcəyik”.
“Suqovuşanda hotelləri artırmalıyıq”
R.Quliyev hesab edir ki, Suqovuşan ərazisində hər kateqoriyadan olan hotellər tikilməlidir:
“Burda istər “luxury”, istər iki ulduzlu hotellər, istərsə də hostellər olmalıdır. Bütün ölkələrdən müxtəlif kateqoriyalı, müxtəlif büdcəli turistlərin gəlməsinə şərait yaratmalıyıq. Bununla həmin bölgəyə turist axınını mütəmadiləşdirə bilərik. Düşünürəm ki, Azərbaycana gələn turistin hansı kateqoriyadan olmasına deyil, say tərkibinə önəm vermək lazımdır. Say tərkibinin qənaətbəxş olması ölkəyə valyuta axınını davamlı edir.