GÜNDƏM
"Aqua kristal" cərimələnir
"Aqua kristal" MMC-yə inzibati protokol yazılıb.
Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 326-cı (Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
İş Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır.